Velosiped sürən zaman penisinizi necə qorumalısınız?

Bu dəfə biz sizə ən sevimli orqanınızı velosiped sürən zaman necə qorumalı olduğunuz barəsində danışcağıq.

Fəlakət : Velosiped qəzası keçirdiniz. 

Uroloq Dr. Benjamin Breyerin araşdırmasına görə, 2002-10-cu illərdə velosiped qəzası keçirib penisini zədələyərək təcili xidmətə gedən 6500 amerikalı olmuşdur. Bəziləri yüngül xəsarət almış olsa da, bəzilərində hadisə çirkinləşmiş: "Velosipedin penis dərisini tamamilə geriyə doğru sıyrılaraq açıldığı bir neçə hadisəyə rast gəldim. Yerdə sürüşmənin yaratdığı təzyiq həqiqi mənada dərini yerindən çıxarır. "Qasıq bölgənizin dərhal altında sərt bir boru olması, velosipeddən sürətli bir şəkildə enərkən və ya toqquşma zamanı penis üçün böyük bir təhlükə yaradır.
Penisinizi qoruyun : 
Velosipedin tam boyunuza görə olmasına diqqət edin. Sizə görə çox böyük bir velosipedi idarə etmək çətinləşər, həmçinin velosipedin gövdəsi penisinizə təhlükəli şəkildə yaxın durur. Gövdə dəmiriylə qasıq bölgəniz arasında, sarsıntı yaşadığınızda penisinizə dəyməyəcəyi qədər bir boşluq olmasına diqqət yetirin. Cüssənizə uyğun genişlikdə olmasına diqqət edin.
Ağırlığı böyük nisbətdə oturma sümüklərinə verməniz lazımdır, xayalarınıza deyil. Özel velosipedçi şortlarında, qasıq bölgəsini qorumaq üçün xüsusi qoruyucu bölmə də var. Son olaraq, dik yoxuşlara gəldiyinizdə və ya təhlükəli vəziyyətlərdə ayaqdan istifadə üçün əyləci boş saxlayın.

Şərhini yaz