Təraş edən zaman penisinizi necə qorumalısınız?

Bu dəfə biz sizə ən sevimli orqanınızı təraş edən zaman necə qorumalı olduğunuz barəsində danışcağıq.

Fəlakət : Təraş zamanı penisinizi kəsdinizsə.

Journal of Sexual Medicine jurnalındakı bir araşdırmada, qadınların yarısı kişilərin qasıq tüklərini qismən və ya tamamilə təmizlənmiş seçim etdiklərini bəyan etdi. Amma bu zonadakı tükləri təraş etmək üzdəki qədər asan olmur. Bu dərinin yüksək nisbətdə bakteriya çıxıntıları ilə dolu olduğunu söyləyən Dr. Steixner, "Bu bakteriyalar kiçik bir kəsik və ya yırtıqdan içəriyə girərək, qanqrenaya yol aça bilər".
Penisi kəsiklərdən necə qorumalı :
Təraşdan yarım saat əvvəl təraş köpüyünüzü soyuducuya qoyun. Təraş olarkən soyuq su istifadə edin. Soyuq su dərisini dartar, beləcə səth daha az girintili çıxıntılı hala gəlir. Dermatolog Dr. Anthony Rossi isə daima tükü uzanma istiqamətinə doğru təraş etmənizi tövsiyə edir. Beləcə tük dönməsi olmasını və infeksiya meydana gəlməsinin qarşısını ala bilərsiniz. Ən az bir saatınızı bu işə ayırın və yavaş çalışın. Dr. Steixner, penisin kəsildiyi ən pis hadisələrin ümumiyyətlə həftəsonları, kişilərin gecə çölə çıxmadan əvvəl "bəlkə bəxtim gətirər" deyərək sürətlicə duşda təraş edən zaman meydana gəldiyini söyləyir. Və bazar günü bir də baxırlar ki, təcili xidmətdə penislərinə müalicə xidmətindən yararlanırlar.

Şərhini yaz