“Samsung” dünyanın ən güclü planşetini buraxacaq

"GFXBench" xidmətinin məlumat bazasında Cənubi Koreyanın "Samsung Electronics" şirkətinin yeni "Galaxy Tab S4" planşetinin texniki xüsusiyyətləri açıqlanıb.

Cihaz yüksək məhsuldarlığa malik olacaq və bu xüsusiyyət onu dünyada ən güclü planşetə çevirəcək.
"GFXBench"də cihaz "SM-T835" kod adı altında nümayiş etdirilir. Söhbətin "Samsung Galaxy Tab S4" planşetindən getdiyini anlamaq çətin deyil. Çünki əvvəlki model burada "SM-T825" kimi işarələnmişdi.

Bu modelə həsr edilmiş bölmədə deyilir ki, planşet 2560х1600  piksel genişlənməyə malik, 10,5 düym həcmli AMOLED ekrana malik olacaq. Planşetin "Qualcomm Snapdragon 835" çipseti ilə təchiz ediləcəyi, 4 Gb əməliyyat yaddaşına və 64 Gb əlavə yaddaşa malik olacağı bildirilir.

Cihaz 12 və 8 meqapiksel həcmində 2 kameraya malik olacaq və "Android 8.0 Oreo" əməliyyat sistemi ilə çalışacaq.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.