Kişi cinsiyyət orqanının normal ölçüsü nə qədər olmalıdır?

Artıq 20 illik həkimlik praktikamda dəfələrlə öz xarici cinsiyyət üzvünün uzunluğundan şikayət edən insanlar qarşılaşmışam. Bir həkim üçün kişinin cinsiyyət üzvlərini qiymətləndirmək asandır — penisi ölçmək üçün sadə xətkeş, xayaların ölçülməsi üçün Preder orxidometri deyilən taxta və ya plastik toplardan istifadə edilir. Yəni nə çoxlu qan təhlili lazımdır, nə ultrasəs, nə də maqnit-rezonans müayinəsi.

Elə başdan bir məsələni etiraf edirəm: həkimlər öz xarici cinsiyyət üzvünün ölçülərindən şikayət edən xəstələri sevmirlər. Doğrudur, bu iddianı ancaq müəyyən qrup həkim üçün gerçək qəbul etmək olar — bəzi həkimlər bu cür xəstələrlə işləməyi çox sevirlər.

Beynimdə mövzuya aid hər zaman fırlanan bir neçə sual mövcuddur:

1. Normal penis ölçüsü nə qədərdir?

2. Qısa və/və ya balaca penisdən şikayət edən insanların penisi həqiqətən də balaca və qısadırmı?

3. Penis ölçüsünün cinsi əlaqədə kişinin bacarığına dəxli varmı?

4. İnsanlar penis ölçülərinin kiçikliyindən niyə şikayət edirlər?

Bu günkü yazımızda bu suallardan bəzilərini cavablandırmağa çalışacayıq. Əlbəttə mövzu yuxarıda sadaladığım suallardan da əhatəlidir. Məhz buna görə bu mözuda bir deyil bir neçə yazı hazırlamağı düşünürəm — bu yazı ilkdir.

Kişi cinsiyyət orqanı necə ölçülür?

Ümumiyyətlə, cinsiyyət sistemi 2 yerə bölünür: xarici və daxili cinsiyyət orqanları.

Kişilərdə xarici cinsiyyət üzvlərinə penis və xayalıq daxildir. Bəli, məhz xayalıq. Xayalar dəridən ibarət olan “torbanın” içində olduğu üçün daxili cinsiyyət üzvü sayılırlar.

Daxili cinsiyyət üzvlərindən isə prostatı, toxum kisələrini, toxum axacağını, xaya və xaya artımlarını göstərmək olar. Xayalar daxili cinsiyyət üzvləri olsalar da, dəridən bir torbanın içində yerləşdiyi, kənardan baxanda ölçüləri haqqında az-çox fikir sahibi olmaq mümkün olduğu üçün əslində bir növ “xarici cinsiyyət üzvü” kimi qəbul edilə bilərlər.

Əlqərəz — kişilərdə ölçülən xarici cinsiyyət üzvləri ancaq 2 dənədir: penis və xayalar.

Xayaların ölçüsü əslində sonsuzluq mövzusuna aid olduğu üçün bu məsələyə bu gün toxunmayacayıq. Bunun yerinə penis ölçüsü haqqında bol-bol danışacayıq.

Penisdə ölçülən 2 parametr vardır: uzunluq və qalınlıq.

Penisin 3 halı mövcuddur: yumşaq, dartılmış və bərkimiş halları.

Penisin halları niyə vacibdir? Sadə vətəndaş ən çox yumşaq haldakı penis ölçüsünə baxır axı?!

Əslində elə deyildir. Bu məsələdən şikayət edən bəziləri penisin bərkimiş halındakı ölçülərindən də şikayət edə bilər. Eyni zamanda həkimlər umşaq penis haqqında fikir sahibi olmaq üçün penisi dartaraq müayinə edirlər. Çünki penis ətrafmühitin temperaturu, insanın ruh halından asılı olaraq müxtəlif şəkillərə düşür.

Necə yəni?

Penis həmişə eyni şəkildə olmur. Ətraf mühitdə temperatur aşağıdır, yəni soyuqdursa, penis xüsusi əzələlər tərəfindən bədənə daha yaxın, içəri çəkilir. İnanın, bu, penisi isitmək məqsədi daşımır. Penis insanın barmaqları, burnu kimi “uc orqan” sayılır. Yəni insanın bədənindən maksimal dərəcədə uzaqlaşmış. Həqiqətən də baş ümumilikdə yumrudur — sadəcə burun və qulaqlar bu kürədən kənara vız durur.Ətraf mühit soyuq olduğunda orqanizm öz istiliyini itirməmək üçün vız duran üzvlərini özünə doğru çəkməyə çalışır. Əlbəttə burnu “içəriyə çəkmək” mümkün deyildir. Elə ona görə də, şaxtalı havada burun, qulaqlar donma təhlükəsi ilə üz-üzə qalırlar. Lakin penis və xayalar bədənə doğru çəkilə bilər və təbabət indiyə qədər bu orqanların şaxtadan donduğuna şahid olmamışdır.

Sünnətli penisin ölçülməsi, Sünnətsiz penis pülüyün ucu deyil, penis başına qədər ölçülür.

Penisin uzunluğunu ölçmək üçün insana yumşaq ölçü zolağı və ya xətkeş lazımdır. Bunun üçün zolağın və ya xətkeşin “0” nöqtəsi penisin üstündə həmən kökündə sümüyə qədər basılaraq dirənir. Bu məqamda xətkeçin və ya zolağın dibinin sümüyə qədər basılması vacibdir. Daha sonra penisin ən uc nöqtəsindəki uzunluq dəyəri qeyd edilir. Bu sırada penis sünnətsizdirsə, pülüyün uc nöqtəsi deyil, məhz onun altında əl ilə hiss edilən penis başının ucu əsas alınır. Nə qədər də olsa, biz, pülüyü deyil, penisin özünü ölçürük, deyilmi?

Bu iş əvvəlcə penis tamamilə yumşaq halda ikən, daha sonra ucundan tutularaq dartılmış vəziyyətdə və nəhayət penis bərkimiş halda aparılmalıdır.

Penisin qalınlığını ölçmək üçün yumşaq və bərkimiş halda olmaq üzərə ayrı-ayrılıqda yumşaq ölçü zolağı ilə penis ən qalın yerində çevrələnərək “0” nöqtəsi ilə birləşən yer dəyər olaraq alınmalıdır.

Penisin uzunluğu və qalınlığı üçün normal dəyərlər hansılardır?

Ümumiyyətlə normal nə deməkdir? Yumşaq halda penis uzunluğunu 20 cm olaraq normal qəbul edə bilərikmi? Yoxsa 3 cm götürək?

Biz, penis uzunluğu və qalınlığı üçün normal ölçüləri necə müəyyənləşdiririk?

Çox asan. Başqa “normal”ları necə müəyyənləşdiririksə, penis üçün normativləri də elə tapırıq.

Bunun üçün mümkün olduğu qədər çox insanın penisini ölçürük. Minlərlə, onmillərlə, yüzminlərlə ölçüm aparmaq lazımdır.

Bu ölçümləri aparıblar. Həm də dünyanın hər bucağında.

Daha sonra bütün rəqəmləri sıraya düzürük. Ən aşağı dəyərdən ən yüksək dəyərə qədər rəqəmləri düzdükdən sonra bunları 100-lük şkalaya bölürük. Deyək ki, dünyada bütün insanlar arasında görülən ən qısa penis ölçüsü 3 cm-dir. Ən uzun penis isə 28 cm olaraq qəbul edək. Burada 3-dən 28-ə qədər 100-lük şkala qururuq. Bir növ faiz şkalası kimi. Məhz bu şkalaya persantil deyilir.

Normal penis uzunluğu nə qədərdir?

Əgər bir insanın penis uzunluğu persantil əyrisində 2.5%-dən daha qısadırsa, o penisi təbabət “Qısa penis”, yəni “Mikropenis” olaraq qəbul edir.

Persantil əyrisinə baxdığımız zaman Mikropenis deməyimiz üçün penisin yumşaq vəziyyətdə uzunluğunun 6 cm-dən, dartılmış və bərk halda isə 10 cm-dən daha qısa olması lazımdır. Bunlardan daha uzun penis təbabətdə normal olaraq qəbul edilir.

Eyni persantil əyrisi penisin qalınlığı üçün də mövcuddur.

Persantil əyrisindən gördüyümüz kimi penisin nazik olduğunu söyləmək üçün penis yumşaq halda 7.5 cm, bərk halda isə 9.5 cm-dən daha nazik olmalıdır.

Penis ölçülərindən şikayət edən insanların penis ölçüləri həqiqətdə necədir?

Yazının başında dediyim kimi, hər gün yüzlərlə insan öz penis ölçülərindən şikayət edərək həkimə müraciət edir. Minlərlə insanın şikayət etməsinə baxmayaraq, həkimə müraciət etmədiyinə də inanıram.

Tibbi ədəbiyyatda penis ölçülərindən şikayət edən kişilərin araşdırıldığı məqalələr mövcuddur. Bunların hamısı haqqında əlbəttə burada danışmayacağam. Sizə sadəcə çığıran başlığı olan bir məqalə haqqında söz açacam.

Tibb aləmində kifayət qədər hörmətli “International Journal of Impotence Research” jurnalında 2001-ci ildə italyan müəlliflərin “Penis uzatma əməliyyatına müraciət edən kişilərin əksəriyyətində penis uzunluğu normaldır” adlı məqaləsi çap edilib.

Müəlliflər son 2 ildə klinikanın andrologiya poliklinikasına “mənim penisim balacadır. Lütfən, bunu cərrahi əməliyyat ilə uzadın” deyə müraciət edən 67 kişini araşdırıblar.

Geniş sorğulama və ölçümlərdən sonra penisi normadan qısa olan bir nəfər belə aşkar edilməmişdir.

Bu xəstələrdən 85%-i normal penis uzunluğunun 10–17 cm arasında olması gərəkdiyinə inandığını bildirib. On beş faiz xəstə isə penisin normal uzunluğunun nə qədər olması haqqında heç təsəvvürə malik deyilmiş.

Müraciət edənlərdən 62.7%-I uşaqlıqda digər yoldaşların penislərinə baxdıqlarını və öz penislərinin bunlardan daha qısa olduğunu düşündüyü bildiriblər. Digər 37.3% insan isə erotik şəkillərdə gördükləri penislərə görə öz penislərinin daha qısa olduğunu düşündüklərini ifadə ediblər.

Bu insanların hamısı normal penis ölçülərini göstərən persantil əyriləri ilə tanış edilib. İnsanların əksəriyyəti normativlə tanış olduqdan sonra “toxdadıqlarını” bildiriblər.

Bu yazımızın da məqsədi məhz budur — insanlar normal penis uzunluğunun və qalınlığının nə qədər olduğunu bilməlidirlər.

Bu nomoqramlar, yəni persantil əyriləri ilə tanışlığın bir çox gəncimizin “ürəyinə su səpəcəyinə” inanıram.

Dr. Vasif İsmayıl

Şərhini yaz