Bütün bədənini çalışdır

Bu sadə 6 hərəkətlə, bədəndə olan yağları yandırın, əzələlərinizi inkişaf etdirin və onları ortaya çıxarın.

10 dəqiqə ərzində neçə tur tamamladınız?

7 tura qədər  - yaxşı bir başlanğıcdır

7-8 tur - gözəl nəticədir

8 turdan yuxarı - ən yaxşı nəticə deməkdir

Sumo Squat Stretch - bu hərəkəti 3 tur edin və hər turdan sonra maksimum 30 saniyə dincəlin. Ayaqlarınızı çiyin genişliyində açın, sonra çömbəlin və dirsəkləriniz dizlərinizin arasında olsun və gərilmə hərəkəti edin və 3 saniyə belə dayanın. 1 tur etməniz üçün 10 ədəd eyni çalışmadan edin.

Vertical Dumbbell Strict Press - qantelin aşağı hissəsindən tutun və çiyninizdən yüksəkdə saxlayın. Sonra qolunuzu tam yuxarı açın, 1 saniyə elə saxlayın və 2 saniyə içərisində aşağıya endirin. Bu bir təkrardır və hər qol üçün 5 təkrar edin.

Dumbbell Front Squat - hər iki əlinizə qantel alın və onları çiyin yuxarısında saxlayın. Daha sonra squat edin və yenidən qalxın. Bu bir hərəktədir, ümumilikdə 8-10 tur edin.

Single-Arm Arnold Press - bir qanteli götürün ovuç içinizdə olsun və yuxarıya qaldıran zaman 180 dərəcə əliniz döndərin. Daha dəqiqi şəkildə qeyd olunmuşdur. Hər iki qol üçün 6-8 tur edin.

Dumbbell Thruster - Qantelləri əlinizin içinə alın və çiyin bərabərində saxlayaraq aşağıya enin. Sonra qalxaraq, qantelləridə qollarınızla tam şəkildə açın. Bu bir təkrardırŞ ümumilikdə 8-10 tur edin.

Dumbbell-Facing Burpee - iki qanteli qarşınıza qoyun və bir burpe edin, daha sonra qalxaraq qantellərin üzərindən tullanın. Bu bir turdur, ümumilikdə 8-10 tur edin.

Şərhini yaz