İlk olaraq qamətini düzəlt, daha sonra əzələ topla

Maksimum əzələ inkişafınıza maneə törədən duruş problemlərinizi məşqlə düzəldin.

İdman zalında içəriyə girərkən, çöldə oturanda və ya ayaqda dayanarkən anatomik problemlərini bir baxışda tutduğum kişilər görürəm. Problem yalnız vizual problem yaratması ilə məhdud deyil. Səhv qamət zamanla onurğaya, çiyinlərə, ombaya və dizlərə böyük zərərlər verə bilir. Hətta oynaq ağrılarına, elastiklik itkisinə səbəb olaraq yağ yandırma və qüvvət qazanma bacarığınızı də məhdudlaşdırır .Nizamlı bir duruş qazanmaq üçün doğru əzələləri, balanslı bir şəkildə işlətməyi bilməniz lazımdır. Budur ən məşhur qamət pozuqluqları üçün düzəltmə məşqləri:
Önə doğru əyilmiş BAŞ PROBLEMi:
Boynun arxasındakı əzələlərin gərgin, öndəkilərin zəif olmasını düzəldin: Yalnız başınızı oynadaraq, çənənizi boynunuza doğru çəkin və arxa əzələni işlədin. 5-ə qədər sayın. Bunu gündə 10 dəfə edin. Ardından üzüstə yerə uzanın, başınız yerlə təmas etməsin. Sonra başınızı yaxşıca qaldırıb 5 saniyə saxlayın. 12 təkrardan gündə 2-3 set edin.
BİR çiyinin daha yüksək olması PROBLEMi:
Trapez əzələnizin qısalmış formasını düzəldin: çiyini daha yüksək olduğu tərəfdəki qolunuzu arxanıza götürün. Başınızı digər tərəfə doğru əyərək, üst Trapez işləmələrini hiss edin. Boşda qalan əlinizlə bu işləyən əzələyə yüngülcə basın. 30 saniyə durun, 3 dəfə təkrar edin.
PROBLEM: Zəif serratus anterior əzələsini düzəlt: Bir kürsüdə dimdik oturaraq, əllərinizi ombanızın iki yanında saxlayın. Ovuc içləri aşağıya dönük, qollar düz olsun. 5 saniyə durun. Günde 12 təkrardan 3-5 set edin.

Şərhini yaz