Ayağınızda olan problemlərlə bağlı hər şey

Ayaqda dayanmanızı təmin edən və hara istəsəniz ora gedən ayaqlarınızı işindən saxlayan yeddi problemdən qorunun.
Artıq çəki, yanlış corab və ayaqqabı seçimləri. Sizcə ayaqlarınız bu qədər pis davranılmağı haqq edirmi? Qış yuxusundan oyanmağa hazırlanarkən, ayağa qalxmanızda ən əhəmiyyətli rolun ayaqlarınızda olduğunu unutmayın. Ayaq xəstəlikləri mütəxəssisi Duane J.Ehredt Jr : Ayaqlarınız bədəninizin davamlı yerlə təmasda olan tək orqanıdır deyir. Yəni beyninizə boşluqda olduğunuzu ayaqlarınız söyləyər. Bu da o deməkdir ki, bir problem olduğunda bunu əsla göz ardı etməməlisiniz. Dr. Ehredt kişilərin tez-tez görməməzlikdən gəldikləri yüngül zədə və ya aliment xroniki problemlərə dönə bildiyini söyləyir. Və əgər ayaqlarınız yaxşı deyilsə, bədəniniz də yaxşı deyil. Buna görə müəyyən başlı problemlər üçün həllər təqdim edirik.
GÖBƏLƏK Ayaqda bitmək bilməyən bir qaşıntının yanında, dəri də pul-pul olur. Göbələk dırnaqlarınıza da keçə bilər, qalınlaşıb saralmasına yol aça bilər. New York Universiteti Tibb Fakültəsindən dermatoloq Evan Rieder, hər iki vəziyyətin də ciddi bir infeksiyaya çevrilə biləcəyini söyləyir.
HƏRƏKƏT PLANI Ayaq göbələyi yenidən başlaya və ya yayıla bilir. Ən yaxşı variant qarşısını almaqdır. Göbələk, ayaqlarınız isti və nəmli bir ortamda olan zaman ya da ayaqqabınız tərlədiyinidə baş qadıra bilir. Bu səbəblə Dr. Rieder məşqlərdən əvvəl ayaqqabınıza və ayaqlarınızın üstünə göbələk önləyici bir sprey sıxmanızı təklif edir. İnfeksiyaya düçar olduğunuzda isə heç gözlətmədən müdaxilə etməlisiniz. Düzgün dərmanlar üçün həkiminizdən məsləhət alıın.
SÜMÜK Səhv ayaqqabılar və genetik quruluş ayaq baş barmağı altındakı oynaqların sürüşməsinə yol aça bilir. Ayaq yana doğru əyilib digər barmaqları sıxışdırır. Ortopediya Judith Baumhauer, "Bir sümüyün nə qədər sürətli inkişaf edə biləcəyini təxmin edə bilmirik" deyir.
HƏRƏKƏT PLANI Sümük əməliyyatla düzəldilə bilir. Amma çətin bir əməliyyatdır. Sümüyün qırılıb düzəldilməsi lazımdır və bu olduqca ağrılı bir əməliyyatdır. Üstəlik müalicə əməliyyatdan sonra bir neçə həftə daha davam edir və tamamilə yaxşılaşması ayları keçir. Əməliyyat, sümük ağrısı gündəlik həyatına təsir edən və ya çoxu ayaqqabını geyə bilməyən kəslər üçün son çarə kimidir. Orta və ya aşağı səviyyə ağrılı sümüklərdən daha geniş ayaqqabı və ya barmaq ayırıcı istifadə edərək ağrıdan xilas ola bilərsiniz.

ƏYRİ AYAQ BARMAĞI Ümumiyyətlə ayağın ikinci ya da üçüncü barmağının orta oynağından pəncə kimi qıvrılmasıyla meydana gəlir. Bu problem barmaqlarınız ayaqqabının içində sıxışıb tam olaraq yerləşə bilmədiyi üçün və ya ayağınızda var olan bir əzələ balanssızlığı o barmağın düz dayanmasına maneə törətdiyi üçün meydana gələ bilir.

HƏRƏKƏT PLANI Miçiqanda ortopediya cərrahı James Jastifer, ön hissəsi daha geniş olan ayaqqabılar geymənizə tövsiyə edir."Tez-geydiyiniz ayaqqabınız uyğundursa bir ayaqqabı ustasına aparıb ön qisimini açdıra bilərsiniz" deyir. Amma önü geniş ayaqqabılar geyməklə yetinməyin. Barmaqlarınızı davamlı işlədin ki qalıcı bir ziyan meydana gəlməsin. Yerə bir tennis topu qoyun, ayaq barmaqlarınızla əvvəl qavramağa sonra qaldırmağa çalışın.

DÜZDABAN Bəzən omba və kürək ağrılarının kökündə düzdabanlık dayanır. Fiziki müalicə mütəxəssisi Douglas Kechijian, "Ayaqlar, olduqca kompleks bir orqanımızdır" deyir. Əgər ayaqlarınızda hər hansı bir pozuqluq və ya qeyri-tarazlıq varsa, vəziyyəti bədəninizdəki digər əzələ və oynaqların kompensasiya etməyə çalışır.
HƏRƏKƏT PLANI Ayaq, qıç və ombanızın necə hərəkət etdiyini görmək üçün bir fiziki müalicə mütəxəssisi və ya fərdi mütəxəssinizdən funksional hərəkət testi tətbiqini istəyin. Və ya bir fiziki müalicə mütəxəssisinə ayaq masajı da etdirə bilərsiniz. Və ayağınıza uyğun ölçüdə və tərzdəki ayaqqabını tapmaq üçün, bu mənada xüsusi ayaqqabılar istehsal edən bir dükanın yolunu tutun. Ayağınıza uyğun, ayaqqabı içinə qoyulan dabanlılıqlar da işinizə yaraya bilər.
TOPUQ AĞRISI Əgər topuqlarınızın ağrıdığını hiss edirsinizsə və ya hər addım atışınızda bıçaq kimi bir ağrı saplanırsa, topuq tikanı ola bilər. Bu dabanınızdakı barmaqlarla topuğu bir-birinə bağlayan gərgin bir bağ kimi düşünün. Qaçır və ya bir müddət ayaqda dayanırsanız, onu qıcıqlandırmağınız çətin olmaz.
HƏRƏKƏT PLANI Ayaqları bir az istirahət etdirin amma çox dadeyil. İdman həkimi Mederic Hall, "Ən nifrət etdiyim şey istirahət istəyən səhiyyə problemləridir" deyir. Çünki hərəkətsizlik ayaq və ayaq biləklerinizi zəiflədə amma nəticədə topuq ağrılarının qarşısını alar. Dr. Hall bunun yerinə fiziki müalicəylə sağlamlaşdırmanızı təklif edir. Ağrını sakitləşdirmək üçün gündə iki dəfə ayaqlarınızı üç-beş dəqiqəliyinə gəzmək yerinə ovxalayın.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.