Mango brendinin siması Noah Millsin müsahibəsi

  • Bir model olaraq özünüzün üçün seçdiyiniz tərz varmı?

 

  • Əslində yox deyə bilərəm. Bir çox yerdə bir çox fərqli tərz gördüm, araşdırdım amma özümü yaxşı hiss etdiyim öz tərzimi yaratmaq zaman aldı. Amma bir dəfə tapdığınız zaman o tərzi davam etdirmək ən yaxşısıdır.

 

  • Qarderobunuzda olmasa olmaz dediyiniz geyimlər hansılardır?

 

  • Ağ idman ayaqqabıları, velosiped yaxa sweatshirt, qara jean, t-shirtlərim, boyunbağı və Rolex saatım.

 

  • Mangoyla iş birliyiniz necə başladı?

 

  • Müqaviləm olan agentliyin vasitəçiliyi ilə Mango mənə yetişdi. Layihəni çox sevdim və dərhal bəli dedim.
      - Mangoda kişi siması olmaq sizin üçün nə ifadə edir?
      - Məncə dünya insanı olmaq deməkdir; çox gəzən və özünə güvənən. Paltarlar tərzinizi məcbur etmədən geyildiyi zaman gözəl görünür. Mango kişini məncə özünə paltar tərzi yaradan birisindən çox öz tərzini önə çıxaran bir kişi brendidir.
      -  Cozef McGuire xarakteri olduqca möhkəm görünür. Formanızı qorumaq üçün etdiyiniz bir məşq proqramı varmı?
      -  Təbii ki, çoxlu sməşq. Hal-hazırda çəkilişləri etmirik amma yenə də işə davam edirəm: ağırlıq məşqləri ilə gedişlər, boks, ağır atletika ... Hər şeydən bir az edirəm. Səhər 9-dan axşam 5-ə qədər işləmədiyim üçün bəxtəvərəm. Bunun sayəsində hər gün hərəkətli bir şeylər edə bilirəm. Ama bir tərəfdən də qocalıram. Ona görə yediklərimizə diqqət edib, nizamlı idman etmək lazımdır.
 - Xüsusi bir qidalanma proqramınız varmı?
 - Los Angelesə çox xas bir davranış olduğunun fərqindəyəm amma son zamanlarda ət və süd məhsulları yeməyi buraxdım. Çox idman edirdim amma buna baxmayaraq özümü çox yaxşı hiss etmirdim. İndi isə daha çox çəki verdim, hələ idman edirəm və özümü çox enerjili hiss edirəm!
 - Bu zamana qədər canlandırdığınız xarakterlərdən özünüzə ən yaxın hansını görürsünüz?
 - Əslində heç birini özümə çox yaxın hiss etmədim. The Brave'dəki McGuire xarakteri sayəsində çox azadlığa sahibəm buna görə öz şəxsiyyətimi ona bir az da olsun qatmağı bacardım.
 - Yeni başlamış modellərə bir tövsiyə versəniz bu nə olardı?
 - Ayaqlarını yerə bassınlar və bu işi nə qədər müddət etmək istədiyinizə ya da bu işdə nə etmək istədiyinizə qərar verin.
 - Üzünüz sizin üçün çox əhəmiyyətli olmalıdır. Dəri sağlamlığınız üçün nələrə diqqət edirsiniz?
 - Elə də çox şey etmirəm əslində. Günlük nəmləndirmək və nizamlı təmizləmək, üzümə qoruyucu sürtmək mənim rutinim deyə bilərik.
 - Kariyeranız üçün dönüş nöqtəsi olan bir proyektiniz oldumu?
 - Bir çox dönüş nöqtəm oldu və ümid edirəm ki dahası da olacaq. Dolce & Gabanna ətirləri üçün etdiyimiz layihə böyük bir addım idi deyə bilərik. Sex and the City filmi də mənim üçün böyük bir addım idi çünki moda dünyasının xaricində bir proyekt idi .Təbii ki, The Brave serialının mənim üçün mənası çox böyükdür. Mənim üçün yeni bir sektor və bir aktyorluq layihəsidir. Daha çoxu üçün çox həyəcanlıyam.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.