Üzməyin 5 məşq faydasını sizə təqdim edirik

Hər həftə 1 kilometr üzün və qazandıqlarınızın faydasını quruda olan zaman hiss edin.

Məşq mövzusunda ən böyük günahlardan birinin şərhini istəyirsiniz?bXeyr, yarım buraxdığınız o tekrarlardan bəhs etmirik. Hovuzu laqeyd etmənizdən söhbət gedir.
Olimpiyada oyunlarını hər iizlədiyinizdə, üzgüçünun qüsursuz görünüşünə baxıb, hovuzda verdikləri mübarizəyə heyran qalırsınız? Bu insanlar boş yerə bu qədər ovsunlayıcı deyildirlər. Çünki üzmənin insan bədəninə həqiqətən də qatdığı çox şey var: Əzələ inşası təmin edir, yağ yandırır, maddələr mübadilənizi sürətləndirir və bütün bədəninizi düzəldir .Siz də üzmədən faydalanmaq və məşqinizə ölçü qatmaq istəməzsinizmi? O halda hər həftə bir dəfə hovuza gedin, üzün və 1 km-ə özünüzü məcbur edin .
İndi isə məsələni bir az daha ətraflı izah edək. Üzməkdən məşqiniz necə faydalanacaq?
Şikəstliyin qarşısını alar
Üzmə əsnasında bütün bədəniniz sabit bir şəkildə çalışdığı üçün, şikəstlik dərdi olmadan qüvvətinizi artıra bilərsiniz. Üzmə sayəsində laqeyd yanaşdığınız əzələləriniz də çalışmış olacaq. Bunun sayəsində də məşqlərdə əzilmə riskiniz azalacaq.
Əzələ balansızlığını aradan qaldırar
Professional bir üzgüçünü məşq edərkən izləyin. Üst gövdə və alt gövdə qüvvətinin eyni olduğunu görəcəksiniz. Bu tarazlıq təsadüf filan deyil. Əgər üçbucaq bir bədənə qovuşmaq istəyirsinizsə, siz də üzmədən faydalana bilərsiniz.
Kaloriləri yandırır
Kalori yandırmağın ən yaxşı yolunun qaçmaqdan keçdiyini düşünürsünüz? Ayaqqabılarınızı çıxarın və suya atlayın. Medicine and Sports in Science and Exercise'a görə, üzmək, qaçmaqdan daha çox kalori yandırır. Hovuzda 40 dəqiqəlik bir üzmə, sizdə 1000 kaloridən çox yandıracaq.
Güclü əzələlər
Atdığınız yumruqlar nə qədər təsir edicidir? Əgər həqiqətən partlayıcı güc istəyirsinizsə, hovuzda daha çox vaxt keçirməlisiniz. Üzmək, yalnız qarın əzələlərinizin diqqətə çarpanlaşmasını verməyəcək, suyun sıxlığı sayəsində əzələlərinizin çox daha sürətli inkişafına kömək edəcək. Bu təsirin isə interval məşqlərdən daha təsirli olacağını əlavə edə bilərik.
Stressi tənzimləyər
Rəqəmlər arasında boğulub qaldığınızda? Əgər zehininizi boşaltmaq və bir nəbzdə rahatlamaq istəyirsinizsə, üzmək tam da sizin ehtiyacınız olan şeydir. Araşdırmalara görə, üzmə sayəsində narahatlıq və stresslə mübarizənin yogadan belə daha təsirli olduğunu göstərir. Stressiz bir həyatın ümumi olaraq həyat keyfiyyətini yüksəldəcəyi, dolayısıyla da məşq məhsuldarlığını artıracağı da su aparmaz bir həqiqətdir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.