Beyinin havayla təması

Ağciyərləriniz çirkli hava ilə dolduqca, beyniniz kiçilə bilər.
Başınızı tustu buludundan çıxarın. Harvard Universitetində edilən yeni bir araşdırmaya görə, hava çirkliliyinə məruz qalmaq beyində kiçilməyə səbəb ola bilir. Tapıntılar, hava keyfiyyətinin aşağı olduğu yerlərdə yaşamaqla kiçik beyin həcmi arasında əlaqə olduğuna işarə edir. Bu vəziyyət beynin bir yaş daha yaşlanması olaraq oxuna bilər. Bu işi yazan Dr. Elissa Wilker, çox kiçik toksinlərin ağciyərlərə tutunduğunu, bunun geniş diametrli bir dəliklərə yol açaraq beyin damar xəstəliklərinə yol açdığını söyləyir. Beyninizin erkəndən yaşlanmasını istəmirsinizsə yaşadığınız şəhərin hava keyfiyyətini öyrənin və nəticə 100-dən çox göstərirsə, açıq havada məşq etməkdən qaçının.

Şərhini yaz