İdmançılar üçün möhtəşəm səhər yeməyini təqdim edirik

Banan, süd, qoz və çiyələkdən hazırlanan möhtəşəm səhər yeməyini təqdim edirik.

Cəmi 10 dəqiqəyə hazırlanan bol kalorili səhər yeməyimizi qiymətləndirn. Məhsulların qiyməti isə sizin cibinizə uyğun olacaq. Əzələriniz isə bu yeməyə görə sizə öz təşəkkürünü bildirəcək.

Lazım olan rasionlar :

2 ədəd banan

100 qr ovsanka

2 çimdik dəniz duzu

350 ml süd

6 ədəd çiyələk

1 ovuc qoz

1-2 çay qaşığı bal

Hazırlanma qaydası :

Əgər səhər vaxtın varsa çalış qaz üzərində bişirəsən. Yox yatıb qalmısansa, o zaman mikrodalğalı sobada da hazırlaya bilərsən. İlk olaraq bir bananı çəngəllə əzərək tavaya əlavə et. Ovsankanı və duzu əlavə et. Daha sonra südü üzərinə əlavə et. 4-5 dəqiqə açıq odda qatılığı sənə uyğun olacaq formada onları bişir. Daha sonra ikinci bananı doğrayaraq hazırlanmış qatı məhsulun üzərinə yerləşdir. Sonra isə çiyələyi, qozu doğra yerləşdir və üzərinə balı əlavə et. Enerji ilə bol olan səhər yeməyiniz hazırdır. Qaşıq götürüb səhər yeməyinizi yeyə bilərsiniz.

Nuş olsun!

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.