İdmançılar üçün su içməklə bağlı mühüm xəbər

Britaniyanın Sports Medicine jurnalının ekspertləri sübut ediblər ki, çoxlu su içsəniz orqanizm daha az kalori həzm edəcək. Üstəlik ekspertlərin sözlərinə görə məşq üşün də daha çox güc qalacaq.

Alimlərin sözlərinə görə susuzluq 2 % güc itkisinə gətirib çıxarır

  • susuzluq insan enerjisini 3 % azaldır.
  • susuzluq insan dözümlülüyünü 10 % azaldır.

Ekspertlərə görə məşqdən yarım saat əvvəl 240 ml su içsəniz, əzələləriniz var gücü ilə işləyəcək. Məşqdən sonra isə 500 ml su içməlisiniz.

Bəs məşq zamanı nə qədər su içməlisiniz?

Dietoloq Co Skott-Dalqişin sözlərinə görə, bu individual xarakter daşıyır. özünü misal gətirərək, məşq zamanı yarım litr suyun ona bəs etdiyini deyir.

lakin bilin ki, çox su içmək də olmaz. Su qanda natriyin azalmasına səbəb olur ki, nəticədə zəiflik, baş ağrısı, qıc olma, ürəkbulanma və s. səbəb olur.

Mənbə : www.idol.az

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.