Səhər yeməyinin insan orqanizminə 4 faydası

Araşdırmalar göstərir ki, yuxudan oyandıqdan sonra 1 saat ərzində mütləq səhər yeməyi yemək lazımdır. Çünki orqanizm 8-10 saatdan çox ac qaldıqda bir sıra sağlamlıq problemləri ilə üzləşir. Səhər yeməyi bədənə enerji verir, gün ərzində özünüzü gümrah hiss etmənizə səbəb olur.

Səhər yeməyinin orqanizmə əsas 4 faydası :

  1. İdeal çəkidə qalmağınızı təmin edir.

Əgər gün ərzində xərclədiyimiz enerji miqdarı qəbul etdiyimiz kaloridən çox olarsa, arıqlamağa başlayırıq. Ona görə də insanların çoxu gün ərzində aldıqları kalori miqdarlarını azaltmaq məqsədi ilə səhər yeməyindən imtina edirlər. Ancaq bu tamamilə səhv addımdır. Çünki səhər yeməyi yeməyənlər gün ərzində özlərini halsız hiss etdikləri üçün hərəkət etməyə meyilli olmurlar. Bu da onların gün ərzində daha az kalori xərcləməyinə gətirib çıxarır. Üstəlik uzun müddət ac qalan orqanizm günorta və axşam yeməyində yeyilən bütün qidaları yağa çevirərək ehtiyyat toplayır. Bu da kökəlməyə səbəb olur.

2. İnfarkt riskini artırır.

Harvard universitetinin alimləri tərəfindən aparılan araşdırmalar səhər yeməyi yeməyənlərin infarkt keçirmək və ürək xəstəliklərinə yaxalanmaq riskinin daha yüksək olduğunu ortaya çıxarıb. Araşdırmanın nəticəsinə görə, səhər yeməyi yeyənlərdə infarkt riski 27 %-ə qədər azalır. Tədqiqatçılar səhər yeməyindən imtina etdikdə qan təzyiqinin və qandakı şəkər səviyyəsinin tarazlığının pozulduğunu və buna görə də infarkt riskinin artdığını vurğulayır.

3. Yaddaşı gücləndirir.

Tədqiqatlar göstərir ki, səhər yeməyi yeyənlərdə diqqət artır, yaddaş güclənir. Səhər yeməyi orqanizmi beyin üçün lazımi enerji ilə təmin etdiyi üçün insanın öyrənmə qabilliyyəti artır.

4. Şəkər xəstəliyinin qarşısını alır.

2013-cü ildə aparılan araşdırma sübut edib ki, səhər yeməyi yeyənlərin şəkər xəstəliyinə yaxalanma riski azalır. Səhər yeməyindən imtina edənlərdə qlikozanın və insulinin nisbəti pozulduğu üçün şəkər xəstəliyinə meyillilik yaranır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.