Mercedes-AMG GT Black Series modeli haqqında məlumat verilib

Mercedes-AMG GT kupesinin ən güclü və yeyin variant olacaq Black Series seriyası haqqında yeni məlumat peyda olub. “Qara” seriyadan olan sportkarların 650 at qüvvəli mühərrikə sahib olacağı bildirilir.

“Autocar” dərgisinin yaydığı məlumatda modelin təkmilləşdirilmiş şassiyə və yaxşılaşdırılmış aerodinamikaya malik olacağı da bildirilib. Mercedes-AMG GT Black Series modelinin bir sıra kuzov elementləri GT4 reqlamentinə uyğun olaraq hazırlanmış yarış avtomobilindən götürüləcəkdir. Polikarbonatdan olan şüşələrin, təhlükəsizlik karkasının və daha geniş ölçülü şinlərin təklif ediləcəyi istisna olunmur.

Porsche 911 GT2 RS sportkarı ilə rəqabət aparacaq Mercedes-AMG GT Black Series kupesi 2020-ci ildə işıq üzü gözəcəkdir. Hazırda Mercedes-AMG GT kupesinin ən güclü modifikasiyası Mercedes-AMG GT R modeli sayılır. Kupenin təchiz edildiyi iki turbokompressorlu 4,0-litrlik V8 mühərriki 585 at qüvvəsi və 700 Nm fırlanma anına malikdir. Mercedes-AMG GT R yerindən ilk “yüzlüyə” 3,6 saniyəyə sürətlənir.

www.autograph.az

Şərhini yaz