Əzələlərinizi coşduracaq ən asan və ən təsirli Shake resepti

Yalnız 30 saniyəyə hazırlayacağınız bu shake ilə bütün qidaları balanslı bir şəkildə alacaqsınız.

Məşqlər, əzələ inşasının pillələrindən biridir. Amma tək bu olmadığı qətidir. Əzələ inşasının reallaşdırılması üçün, kalori çoxuna da ehtiyacınız var.
Bobby Maximus, öz salonuna gələn xüsusi qüvvət əsgərlərinə və professional idmançılarına möhkəm bir məşq proqramı tətbiq edir. Ayrıca, gündə əlavə  200-400 kalori almalarını təmin edir. Sonrasında da bədənlərinin buna necə reaksiya verdiklərini müşahidə edir.
Çox vaxt, bu dəyişikliyə reaksiya verməyən şagirdlərinə "Təcili Yardım Zülal Shake" tarifini verir və bu shake'i hər gün içmələrini istəyir. Tarifdəki zülal, karbohidrat və yağ tarazlığı möhtəşəmdir. Üstəlik, hazırlaması 30 saniyə davam edir. İçərisində whey zülal,  100 % portağal suyu və balıq yağı var. Bu tariflə birlikdə, Maximus'un şagirdləri sürətlə əzələ kütləsi qazanmağa və yağ yandırmağa başlayırlar. Portağal suyu asan karbonhidrat qaynağı olarkən, eyni zamanda vitamin və mineralla təmin edir. Whey zülal, əzələlərinizin inkişafı üçün ehtiyac duyduğu zülalı təmin edir. Faydalı yağ olan omeqa-3 dəstəyi isə məşq sonrası əzələ ağrılarına yaxşı təsir edir.
"Təcili Yardım Zülal Shake"
Lazım olan ərzaqlar :
1 stəkan portağal şirəsi
1 x/q keyfiyyətli balıq yağı
1 ölçü vanil ətirli whey proteini
Hazırlanma qaydası :
Portağal suyunu, balıq yağını və zülal tozunu shaker içərisinə qoyun və çalxalayın. Bu qədər sadə.
Qidalanma dəyərləri: 350 kalori, 29 qram karbonhidrat, 15 qram yağ, 24 qram zülal

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.