+18 saytlara giriş pasportla olacaq

Bu günə qədər istifadəçilər bir sualla birbaşa +18 saytlara daxil ola bilirdi.

Uşaqları bu cür saytlardan uzaq tutmaq üçün artıq cinsi məzmunlu saytlara girmək daha da çətin olacaq.

Belə ki, yaşı 18-dən az olanlar sayta daxil ola bilməyəcəklər.

İngiltərədə açılan yeni bir kampaniyaya görə, bu saytlara girmək istəyənlər artıq bəzi özəl məlumatlarını bölüşmək məcburiyyətində qalacaq.

+18 saytlara daxil olmaq üçün istifadəçidən kimlik, pasport, həmçinin kredit kartı tələb olunacaq.

Bu məlumatları qeyd etməyənlər sayta daxil ola bilməyəcəklər.

Pasport və kimlik məlumatları 18 yaşdan böyük olduğunun isbatı üçün istifadə ediləcək.

Ekspertlərə görə, bu məlumatlar heç vaxt saytın yaddaşında saxlanılmayacaq və məxfilik qorunacaq.

Şərhini yaz