Kişi qadının dostu ola bilməz

Viskonsina Universitetinin alimləri əks cinsin nümayəndələri arasında heç bir təmənna olmadan dostluğun mövcud olub olmamasını araşdırmaq qərarına gəliblər.

Nəticə isə belə olub. Sən demə kişilər heç bir təmənna olmadan qadınlarla dostuq edə bilmirlər.

Alimlər 88 dost cütlüklərini araşdırıblar. Qadınlar və kişilərdən dostlarının cəzbediciliyini qiymətləndirməyi istəyiblər.

Bütün evli və subay kişilər öz rəfiqələrinin cəzbediciliyini dərindən öyrənmək arzusunda olublar. Daha dəqiq desək kişilər, seksual cazibəsi olan qadınlarla dostluq edirlər. Onlar eyni zamanda əmin idilər ki, qadınlar da onlara qarşı eyni hissə məxsusdurlar.

Amma qadınların cavabları isə tam əksinə olmuşdur. Sən demə qadınlar həqiqətən də kişilərlə dostluq edə bilirlər. Yalnız subay qadınlar bəzən dostlarına partnyorları kimi baxdıqlarını və bunu istədiklərini bildirmişdilər.

Şərhini yaz