Crossfit-ə başlayırsansa, bunları bilməlisən!

  1. Ölçülü ol

Əvvəla sərhədlərinizi bilməniz lazımdır. Kişilər üçün başlanğıc ağırlığı ümumiyyətlə 100 kq olaraq təyin olunmuşdur. Yeni başlayan bir CrossFitçinin bu ağırlıqla işləyə bilməsi görülmüş şey deyil ki, edə bilməsi də lazım deyil. CrossFit-ə başlarkən super bir formada olmanız lazım deyil. Səviyyənizi ölçün və sizə uyğun səviyyədən başlayın.Yaxşı necə ölçəcəksiniz? 100 kq ilə deadlift edə bilərsən, ya da edə bilmərik, əhəmiyyətli olan məşq ərzində yüksək sıxlığı və doğru formu nə qədər uzada bilməyindir. Siz sərhədlərinizi bilin və buna görə çalışın.

  1. Özünüzü toplamağa zaman ayırın

Box-ın xaricində etdikləriniz də içində etdikləriniz qədər əhəmiyyətlidir.Yuxu, qidalanma, istirahət və mobillik deyərkən siyahı uzanıb gedə bilər. Qısası bədəninizə yaxşı baxın. Başlanğıc səviyyəsindəsinizsə özünüzə çox-çox yüklənmək olmaz. Amma istirahət günlərinin əhəmiyyətini kiçik hesab etməyin. Qısa zamanda özünüzü çox məcbur etməniz, sizə şikəstlik ya da aşağı performans olaraq geri dönə bilər.

  1. Asana qaçmamağa öyrəş

Məcburən zorlanma lazımdır. Ağrıya ya da qorxuya qarşı boyun əysəniz, bunu vərdiş edərsiniz. Ancaq işin yaxşı tərəfi budur: Əziyyətlə nə qədər döyüşsəniz, ona qarşı bir o qədər müvəffəqiyyətli olarsınız.

  1. İsinmə hərəkətləri etməyi unutma

Doğru bir isinmə hərəkətləri performansınızı artıra bilər və şikəstlikdən qoruna bilərsiniz və zehninizi məşqə hazırlamış olarsınız. Məşqdən əvvəl bütün bədəninizi əhatə edən, funksional məşqlərdən ibarət və edəcəyiniz öyrənilməsi hədəf alan birisinmə çalışması edin.

  1. Düzgün qidalan

Nə yeməyiniz, hədəfinizin nə olduğuna görə dəyişir. Ancaq hədəfiniz nə olursa olsun, məşqdən sonra alacağınız bir zülallı shake əzələ itkisini minimuma endirərkən, yağ yandırmanızı da asanlaşdırır.

  1. Məşq günlüyü tut

Ölçülə bilən hər şey idarə oluna bilər. Düzınli bir məşq gündəliyi inkişafınızı təqib etmənizə və həqiqi hədəflər müəyyən etməyinizə kömək olar. Məşq gündəliyi tutmadığınızda özünüzə hədəf qoymanız və inkişafın kefini çıxarmaq çətinləşəcək.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.