Məşqinizin effektsiz olmasının 6 səbəbi

Tökdüyünüz tər boşa getməsini istəmirsinizsə, qqazandıqlarınızı baltalayan bu səhvlərə yol verməyin!

Bir idman salonuna gedən biri olaraq hər şeyi doğru etdiyinizə inanır ola bilərsiniz. İllərcə professional idmançılarla çalışmış bir məşq fiziyoloqu olan Susan Paul, onların da buna inandıqlarını söyləyir. Ancaq fərqində olmadıqları şey, məşq sonrası qazanımlarını baltalayan səhv vərdişlər etdikləridir. İndi ən məşhur edilən beş səhvi əbildirəcəyik. Unutmayın, zərərin harandan dönsən faydalıdır.

  1. İdman paltarını dəyişməmək
Məşq etdiyiniz paltarlardan dərhal qurtulun. Çok-çox tərləməmiş olsanız belə, geyilmiş və ya köhnəlmiş geyimlər bakteriyaların yapışmaq sevdiyi yerlərdir və bu bakteriyalar sizi uzun müddət yatağa sala bilər. Duşa girmə şansınız olsun ya da olmasın, ən azından paltarlarınızı, corablarınızı və ayaqqabılarınızı dəyişdirərək əzələlərinizi isti (və rahat) tutmağa diqqət edin. Bunu etsəniz qan dövranınıza qatqı təmin etmiş olarsınız və yığışma müddətinizi sürətləndirərsiniz. Digər tərəfdən möhkəm bir məşqdən sonra ayaqqabılarınızı çıxarmaq sizi rahatlatsa da, yorğun ayaqları və qıçlarınızı dəstəkləyici bir cüt ayaqqabı və ya tərlik geyməyə diqqət göstərin. Çalışarkən ayaq əzələləriniz də yorulduğundan, onların da rahata çatmaq üçün haqları var.
2. Divana yayılıb yatmaq
İki saatınızı xərclədiyiniz idman salonu macərasından sonra, hər kəs kimi siz də divana uzanıb sevdiyiniz serialı izləməyi haqq etdiyinizi düşünə bilərsiniz. Ancaq bunu etməyin. Aşağı sıxlıqlı fəaliyyətlər etmək yığışmanızı dəstəkləyəcək olan yeganə üsuldur. Çünki qan dövranınızı aktiv tutsanız, bu da bədəninizin özünü yeniləməsini təmin edir .İdmandan çıxıb işə gedir olsanız belə, gün ərzində edəcəyiniz yüngül fəaliyyətlər planlayın. Ayağa qalxın, ətrafda dolaşın və ayaq üstə sadə əsnəmələr edin. Dərin nəfəs almağı da unutmayın.
3. Səhvən yağ qəbulu
Məşq sonrası yemə-içmə planınızı, ilk 20-dən 30 dəqiqəlik müddət içində həyata keçirin. İdmandan sonra sürətli bir şəkildə işə və ya başqa bir görüşməyə gedirsinizsə, bu görüşdən əvvəl avtomobildə belə istehlak edə biləcəyiniz sağlam qəlyanaltılar hazırlayın. Ayrıca bu qəlyanaltılar zülal, az miqdarda yağ və enerjinizi yeniləyəcək kompleks karbohidratlar meydana gəlməsini təmin etməlidir. Yağı azaldılmış şokoladlı bir süd, tam taxıllı çörəkdən düzəldilmiş buterbrod, badam, meyvə və ya qatıq, könül rahatlığı ilə istehlak edə biləcəyiniz qəlyanaltılardır. Digər tərəfdən gün içindəki maye ehtiyacınızı qarşılamaq üçün əlinizin altında mütləq su saxlayın. Məşqdən sonra çox-çox yeməkdən də qaçınmanız lazımdır. Məşq etdim deyərək sərhədsiz yemək məntiqli bir hərəkət deyil. Məşq əsnasında yandırdığım kaloriləri geri almaq çox asan, ona görə zəhmətlərin boşa getməməsi üçün çox yeməkdən çəkinin.
4. Ağır işlərə girişmək
Hazır yorulub ttərləmişgən, duş almadan əvvəl ağır bağça işləri etmə fikri ilk etapda məntiqli gələ bilər. Çəmənləri biçmək, yabanı otlarla məşğul olmaq, kürəklə qar təmizləmək kimi ağır işləri aradan çıxarmaq istəyə bilərsiniz. Ancaq bu tərz ağır işlər, susuzluq və kifayət qədər qidalanmamış olma kimi faktorlarla birləşərək, əzələlərinizin həddindən artıq yorulmasına səbəb olur. Önə doğru əyilmək, alçalma, nərdivan çıxmaq ya da kürək kimi ağır avadanlıqlarla məşğul olmaq, onsuz da yorğun olan əzələləriniz üçün şikəstliyə dəvətnamə çıxara bilər. Bu səbəblə ağır ev işlərini bir sonrakı günə buraxaraq bədəninizə özünü yeniləməsi üçün bir neçə saat icazə verməlisiniz.
5. Kifayət qədər istirahət etməmək
Etdiyiniz işləri əsla ucuzlaşdırmayın. Məşqlərinizin qısa ya da asan olduğu yanılmasına, bir başqa səhv olan istirahət etməyə ehtiyacınız olmadığı fikrinə qapılmanıza yol aça bilər. Eynilə irəli səviyyə idmançılar kimi nə qədər çalışsanız çalışın, bədəninizə hörmət edin. Bədəninizə yaxşı baxsanız sizə minnətdar olar və doğru şəkildə yığışar. Əzələləriniz inşa edəcək vaxtı tapır. Sizə də əməyinizin qarşılığını aynada görmək qalar.

Şərhini yaz