Pilotsuz uçan taksi sınaqdan keçirilir

Yeni Zelandiyanin Kraystçerç adasında dünyada ilk dəfə olaraq pilotsuz uçan taksi sınaqdan keçirilir.

“Cora” adlı nəqliyyat vasitəsi vertolyot kimi şaquli vəziyyətdə enə və qalxa, təyyarə kimi uça bilir.

Bu barədə “New Zealand Herald” qəzeti yazıb. Qəzetin məlumatına görə, layihəni hazırlayan “Zephyr Airworks” şirkəti  iki sərnişin üçün nəzərdə tutulmuş bu nəqliyyat vasitəsinin layihəsi üzərində 8 ildir ki, işləyir və  6 il ərzində bazara çıxarmağı planlaşdırır.

Elektrik mühərrikinə sahib olduğu üçün uçan taksi ətraf mühiti çirkləndirməyəcək.

Şərhini yaz