Seks robotları ilə cinsi əlaqədə olanları gözləyən təhlükə

Mütəxəssislər cinsi əlaqə robotlarından istifadə edən kişilərin eynilə Cefri Damer kimi psixi qatilə çevriləciyini iddia ediblər.

17 sevgilisini öldürən Cefri Damer, qana susamış seriyalı qatil olmadan öncə cinsi əlaqə üçün cansız modellərdən istifadə etdiyini etiraf edib.

Damer sevgililəri ilə cinsi əlaqəyə girən zaman xəyalları boşa çıxdığından, onları keyləşdirməyə və şüursuz bədənlərinə təcavüz etməyə başlayıb.

Robot texnikası Etika və Mədəniyyət mütəxəssisi professor Ketlin Riçardson, Damerin cinsi əlaqə robotundan istifadə etməsi və cinsi tərəfdaşları üzərində tam güc sahibi olma məsələsindəki düşkünlüyü haqqında danışıb.

O, cinsi əlaqə robotlarından istifadə etməyin potensial olaraq insanları Damer kimi psixi qatillərə çevirəcəyini bildirib.

Rus seksoloq Lev Şeqlov da seks oyuncaqlarından istifadə etməyin psixi fəsadlar ilə nəticələnəcəyini qəbul edib.

Şərhini yaz