Soyunub geyinmə otaqlarının kirli üzü

Məşq sonrası siz öz bədəninizi təmizləyərkən, bakteriyalar sürətlə çoxalmağa davam edir!

Məşqi bitirdiniz və soyunma otağının yolunu tutdunuz. Üzərinizdəki tərli paltarlardan xilas olub, özünüzü duşa atdınız. Duşdan çıxıb saçınızı qurutdunuz; təmiz paltarlarınızı geydiniz və salondan ayrıldınız. Tərtəmiz olduğunuzu düşünürsüz. Bu düşüncənizi bakteriyalarla də paylaşdıqmı?Çünki təmiz zənn etdiyiniz bədəninizi dörd bir tərəfdən əhatə edən bakteriyalar sizə gülür ola bilərlər. Belə deyim: Soyunma otaqları heç də günahsız deyil. Niyə?
Duş alarkən yaranan təhlükə - ayaq göbələyi
New York Citydəki Mount Sinai Xəstəxanası Klinik Dermatoloji Araşdırmaları və Kosmetika müəssisəsinin idarəçiliyini boynuna götürən Joshua Zeichner, soyunma otaqlarının, bakteriya ilə birlikdə digər mikrobların artma sahəsi olduğunu söyləyir. Məşq qaynaqlı tərinizi düşünün. Cildinizdəki kir və yağdan bəhs edirik. Bu miqdarı, soyunma otağını istifadə, duş alıb çıxan digər işçilər ilə çarpın. Bakteriyalar, viruslar və digər şeylər, idman salonunuz nə qədər tərtibli olsa da ətrafa yayılmış vəziyyətdədir. Yaxşı bütün bu çirklər ümumiyyətlə haralarda var?
Duş qəbulu otağında yığılırlar və oradan da bütün ətrafa yayılırlar. O halda ayaq göbələyindən bəhs etmə zamanı gəldi. Ümumiyyətlə də ayaqlarda ağ nəmli töküntü şəklində meydana çıxır. Ayaq göbələyindən xilas olmanın ən yaxşı yolu isə duş əsnasında tərlik geyməkdir. Sonrasında ayaqlarınızı dərhal qurulamalı, imkan varsa da ayaqlarınıza ya da corabınıza göbələk əleyhinə pudra tətbiq etməlisiniz. Tədbir məqsədli olaraq göbələk əleyhinə kremlərdən də arada sırada faydalana bilərsiniz. Ayaq göbələyinin zaman içərisində dırnaqlarınızdan da göbələk infeksiyası meydana gəlməsinə səbəb ola biləcəyini əlavə edək. Çünki, ayaq göbələyi sanki bir anbar vəzifəsi görür və dırnaqlarınız da zamanla bu anbardan nəsibini alır.

Şərhini yaz