Bayram zamanı və bayramdan sonra qidalanma necə olmalıdır?

Hər kəsin bayramını təbrik edirəm.

Bayramda necə qidalanmalı və bayramdan sonrakı prosses nece davam etməlidir? Əgər qatı  diet saxlamısınızsa bu vaxta qədər, bayram günlərini bir az dietdən kenara çıxa bilərsiz, ama normanı aşmamaq şərti ilə. Hər gün 1 cheat meal etmek olar, cheat day yox aaa, cheat meal 🙂 İnsanlarda aşırı qorxu olur dieti pozanda yeniden 2-3 kilo artiq çəki alacaqlarını düşünürlər, amma bu doğru yanaşma deyil, 1-2 günə çəkinin qalxıb düşməyi, hüceyrələrin su tutumu ilə bağlıdır.

Yəni təmiz 1 kiloqram almaq üçün 7 min kalori yaratmaq lazımdı və bu sizin baza metabolizma kalorivizə əlavə olaraq hesablanır. Yəni gündəlik kalori ehtiyacı 3000-dirsə, 10,000-lik kalori aldığınız halda bu mümkündür, təbii ki, bu da bir gün ərzində olacaq iş deyil.

Su ilə yağı səhv salmamaq lazımdır. Bayram günləri hamıdan fərqli olaraq mən sizə bir az özünüzə hədiyyələr etməyi məsləhət görürm. Bu qidaları, qan şəkərinin aşağı olduğu vaxtlar almağınız daha məsləhətli olar, misal üçün səhər ac qarnına və ya aşırı ac qaldıqdan sonra, əgər məşq etmisinizsə, məşqdən sonra. Amma bu dərəcədə incəliklərə ehtiyac yoxdur.

Hər gün 1 cheat meal edin və ən azından byram şirniyyatlarının dadlarına baxın. Bu arada su içməyinizi çoxaldın. Bayramdan sonra normal dietə qayıdın. əgər aşırı şirniyyat yeməmisinizsə, o zaman ciddi çəki fərqiniz olmayacaq! Belə olduğu halda diet əvvəlkindən daha yaxşı davam edəcək və yağ yandırma prossesi sürətlənəcək.

Hər kəsə uğurlar...

Şərhini yaz