Düzgün geyim tərzi ilə bağlı kişilərə bir neçə məsləhət:
- Düzgün ölçü seçimi - kişlərin geyim mədəniyyətində ən önəmli olan məhz budur!
- Bildiyiniz kimi, kişiləri qırmızı rəngdə paltar geyinən xanımlar cəlb edir. Qadınları isə göy rəng geyimlər geyinən kişilər cəlb edir!
- Əgər kostyum geyinmisinizsə, əmin olun ki, köynəyin rəngi kostyumun rəngindən ən azı bir ton açıq rəngdə olsun!
- Hər görüşə uyğun olan bir kostyuma sahib olmaq istəyirsinizsə, o zaman tünd göy və ya boz rəng seçiminiz olmalıdır!
- 92 % qadınlar kişinin geyiminə diqqət yetirir. Heç bir zaman cins şalvarı ayaqqabının içərisinə qoymayın!
- Gün eynəklərini başınızda gəzdirməyin!
- Geyimlərinizi tez-tez yumayın. parçanın keyfiyyəti itir!
- Dəri rənginiz nə qədər tündürsə, bir o qədər əlvan rənglərdən daha çox istifadə edə bilərsiniz!
- bir və ya iki düyməli pencəklər sizi daha fit göstərəcək!
- Köynəkləriniz cins salvarınızdan bir neçə ton açıq rəngdə olmalıdır. Belə olduğu halda boyunuz daha hündür görünəcək!
- Boyu qısa olan kişilər bol şalvarlardan və əyninə bir az uzun olan köynəklərdən uzaq durmalıdır!
- Bacardığınız qədər uzun corablardan istifadə edin ki, oturduğunuz zaman ayaqlarınız görünməsin!
- Qalstukun uzunluğu elə olmalıdır ki, kəmərinizin üst hissəsinə toxunsun!
- Pencəklərdə cib dəsmalından istifadə edin. Bu sizi daha eleqant göstərəcək. Qalstuk taxırsınızsa. ozaman onların rəngi vəhdət təşkil etməlidir!
- dolu kişilər, bir düyməli pencəklərdən istifadə etsə daha yaxşı olar!
- İdman üslüblü köynəklərdə iki düymədən artığını açıq saxlamaq olmaz!
- Damalı köynəklər tünd bir rəngli qalstuklarla gözəl vəhdət təşkil edir!
- Pencəyin son düyməsini açıq saxlamağı hər kəs bilir. Lakin kardiqanınında son düyməsini açıq qoymalı olduğumuzu çox adam bilmir!
- Hansı üslübda kostyum və ya pencək geyinməyinizdən asılı olmayaraq, bilməlisiniz ki, köynəyin qolları pencəyin qolundan ən azı 1 sm çölə çıxmalıdır!
- Tünd qəhvəyi rəng və tünd cins şalvarlar klassik üslubda istifadə oluna bilər!
- Ağ rəngli geyimlər bahalı tərz yaradır!
- Köynəyin yaxalığı hər zaman ən yüksək səviyyədə ütülü olmalıdır!
- Boş və yüngül formada bağlanılmış şərf sizin böyük qarına sahib olduğunuzu gizlədəcək!
- Kostyumun pencəyini öz şalvarı olmadan istifadə etməyin!
- Bəzən tərzinizdən uzaqlaşın və yeni nələrisə sınayın. Bəlkə tərzinizə yaraşdı və sizi daha cəzbedici etdi!
- Sonda bir daha qeyd edirik, düzgün ölçü seçimi mütləqdir!