Kişi xəstəliklərinin əsas 5 simptomu

Kişi xəstəliklərinin ən əsas və xarakterik simptomlarını təqdim edirik.

Bu simptomları hər bir kişi bilməli və onlar meydana çıxdıqda vaxt itirmədən həkimə (uroloq və ya androloqa) müraciət etməlidir.

1. Cinsiyyət orqanlarında istənilən dəyişikliklər (şişkinlik, qızartı; səpgilər; vəz, bərkimiş sahələr, genişlənmiş damarların əmələ gəlməsi və s.).

2. Hərəkət, sidik ifrazı, cinsi əlaqə zamanı ağrılar.

3. Sidik ifrazının pozulmaları (tezləşmiş sidik ifrazı - xüsusilə gecə saatlarında; sidik ifrazının çətinləşməsi - sidik axınının zəif, qırıq-qırıq olması, damcı-damcı sidik ifrazı; sidiyi ifraz edə bilməmək və ya əksinə saxlaya bilməmək halları, sidikdə qan).

4. Sidik kanalından (uretra) qeyri-təbii ifrazatlar - iyli, qanlı, irinli, yaşıl və s., spermanın qeyri-ixtiyari axması.

5. Cinsi zəiflik, müxtəlif ereksiya pozulmaları.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.