Afzal Kan "F1" nömrə nişanını 14,4 milyon funta satmaq istəyir

Britaniyadan olan Kahn Design tüninq atelyesinin rəhbəri Afzal Kan satışa üzərində “F1” simvolu olan nömrə nişanını satışa çıxarıb. O, bu nömrəni 14,4 milyon funt-sterlinqə satmaq fikrindədir. Satış haqqında elan RegTransfers saytında yerləşdirilib.

Kan nömrə nişanına 2008-ci ildə sahib olub. O, bu nömrəni almaq üçün 440 min funt-sterlinq ödəyib. O zaman nömrə nişanı Esseks qraflığının şurasına məxsusmuş və onun sədrinin Volvo S80 avtomobilində quraşdırılıbmış. “F1” nömrəsindən Böyük Britaniyada 109 ildir ki istifadə olunur – Birləşmiş krallıqdakı ilk avtomobil məhz bu nömrə ilə qeydə alınıb.

Hazırda Kan bu nömrədən Bugatti Veyron Super Sport Carbon Edition hiperkarında istifadə edir. 2014-cü ildə nömrə üçün ona 8,5 milyon funt təklif edilsə də, iş adamı nömrəni satmayıb.  Böyük Britaniyada nömrəyə ödənilmiş məbləğə görə rekord 518480 funt-sterlinqdir. Bu məbləğ Ferrari 250 GT SWB klassik sportkarında quraşdırılmış “25 O” nömrə nişanına görə ödənilib.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.