Halit Ergenç 1 milyon dollarını itirdi

Aktyor Halit Ergençin 2014-cü ildə 1 milyon dolar yatıraraq açdığı sosial şəbəkə tətbiqetməsi "Pondr" bağlanıb.

"Pondr" izləyicilər tərəfindən gözlənilən marağı görməyib. Qohumu Aziz Akgüllə birgə həyata keçirdiyi "Pondr" (dərin düşüncə) adlı ağıllı telefon tətbiqetməsinin iflasına isə oxşar xüsusiyyətləri "Facebook", "Tvitter" və "İnstagram" sosial şəbəkələrinin də həyata keçirməsi səbəb olub. Bununla da aktyor 1 milyon dollarını itirib.

Qeyd edək ki, tətbiqetməyə əsasən, iki şəkil yan-yana qoyularaq istifadəçilərdən fikir öyrənmək mümkün olacaqdı. Lakin bu ideya artıq dünyanın nəhəng sosial media kanalları vasitəsilə həyata keçirilməyə başlanılıb.

Şərhini yaz