Instagram Apple Watch saatlarında olmayacaq

"Instagram" servisi "Apple Watch" smart saatlarında öz dəstəyini dayandırır. Bu haqda şirkətin nümayəndələri məlumat veriblər. ABŞ şirkətinin "ağıllı" saatlarında sözügedən servisin populyarlığı çox aşağıdır.

"Instagram" sosial şəbəkəsi növbəti yeniləmədən sonra artıq "Apple Watch" smart saatlarında işləməyəcək. "Apple" istifadəçiləri yalnız "iPhone", "iPad" və ya "Mac" qurğuları vasitəsilə "Instagram" servisindən istifadə edə biləcəklər.

Şərhini yaz