Murad Dadaşov illər sonra “Mərc şou”nu bərpa edir

Əməkdar artist Murad Dadaşov həyata keçirəcəyi layihələrindən söz açıb.

Şoumen reytinq rekordlarına imza atan “Maşın” realiti-şousunun növbəti buraxılışı barədə ətraflı məlumat verib:

“May ayından “Maşın” şounun növbəti sürəti ilə ekranlara gələcəyik. Çox maraqlı ad fikirləşmişik. Tam təsdiqlənəndən sonra mütləq açıqlayacağam. Ənənəvi olaraq media nümayəndələrini bir araya toplayıb təntənəli təqdimat edəcəyik. Ən maraqlı məsələ ondan ibarətdir ki, bu dəfə şouda tam fərqli ulduzlar iştirak edəcək. “Maşın”da iştirak etmək üçün mənə bir-iki adam zəng vurdu. Sizə deyim ki, çox təəcübləndim. Çünki onları ciddi biri kimi tanıyıram. Mənə dedilər ki, realiti şouda iştirak etmək bizim arzumuzdur. Onların adlarını eşidəcəksiniz. Müğənni və aktyor deyillər. Söhbət tam ciddi janrdan gedir. Media nümayəndələridir. Bir sözlə “Maşın” bu dəfə partladacaq”.

Əməkdar artist rəhbəri olduğu MGP-nın ilk layihəsi olan və 2003-2005-ci illərdə yayımlanan “Mərc şou”nun da tezliklə efirdə olacağını bildirib:

“Böyük məmnuniyyət və istəklə “Mərc şou”nu bərpa edəcəyəm. Hətta yeni televiziya mövsümündə, sentyabr və ya oktyabr aylarında şounu efirdə görəcəyik. “Mərc şou”nun 3 aparıcısı olacaq. Onlardan 2-si oğlan biri isə xanımdır. Çox fərqli insanlardır. Biz artıq onlarla danışıqlara başlamışıq.

Bu ailəvi şoudur və 2 saat davam edəcək. Veriliş canlı yox, çəkilib efirə veriləcək”.

Şərhini yaz