Hansı rəng köynək kişini uğura aparır?

Uğurlu insan olmaq istəyirsiniz? O zaman, amerikalılıarın fikrinə əsasən, düzgün seçilmiş rəngdə olan köynək geyinmək lazımdır.

İş həyatında çəhrayı rəng köynək geyinən kişilər daha çox uğur qazanmışdır və onlar iş yoldaşlarından daha çox maaş alırlar. Eyni zamanda onlar doğma iş yerlərində xanımların da diqqətini daha çox cəlb edirlər.

Bununla bağlı İnternational Marketing for Cotton USA tərəfindən amerikalı 1500 iş adamı arasında sorğu keçirilmiş və araşdırmanın nəticələri izlənilmişdir.

Araşdırmaya əsasən, çəhrayı rəng köynək geyinən kişilər nəinki daha çox maaş alırlar, eyni zamanda hər 4-cü çəhrayı rəng geyinən kişi özünə daha inamlı olur.

Amma göy rəng köynək geyinən kişilər diqqəti özünə o qədər də cəlb edə bilmirlər.

Ən son yerdə diqqəti cəlb edən kişilər isə ağ rəng köynək geyinən kişilərdir.

Alimlərin sözlərinə görə kişilərin iş həyatına geyindiyi köynəklər onların özü haqqında ətrafa çox məlumat verə bilər.

Sonda onu qeyd edək ki, tək köynəyin rəngini seçim etməklə uğur qazanılması mümkünsüzdür. Bunun üçün sizin daxilinizdə də bu istək olmalıdır və özgüvən yaranmalıdır.

Hər bir kişiyə iş həyatında uğur arzu edirik...

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.