Sinə üçün olan cib dəsmalı və kəpənək

Sinə üçün cib dəsmalı və kəpənək (baboçka) – hər bir centelmenin qarderobunda olmalı aksesuarlardır. Hər zaman möhtəşəm görünməniz üçün bir neçə məsləhətlərimiz olacaq.

1. Kəpənək (baboçka) hər zaman köynəyin yaxalığına uyğun olmalıdır və kənarları çıxmamalıdır.
2. Köynəyin rəngində olan kəpənəklər və ya ondan bir-iki ton fərqlənən kəpənəklər daha cəlbedici görünür.
3. Yaxalıq dəsmalları qalstukdan bir ton daha parlaq olmalıdır.
4. Yaxalıq dəsmalı cibdən 3-4 sm-dən çox çıxmamalıdır.
5. Daha dəbli bir obraz yaratmaq üçün cib dəsmalı və kəpənəyin eyni arnamentlərlə olması vacibdir.