Kürək əzlələrinə diqqət edin

Qaçmağı çox sevirsiniz ancaq bel ağrısına nifrət edirsinizsə, mərkəz bölgəsi məşqinizi yenidən nəzərdən keçirmək və güzgüdən bir addım uzaqlaşmaq istəməlisiniz.

Alimlərin apardığı araşdırmaya görə marafonçu, güclü və dərin mərkəz bölgəsi əzələlərinə sahib olanlarla müqayisədə bel ağrısı çəkməyə daha meylli olurlar. Belinizdə olan bu əzələlər, bədəninizi çevirməyinizə və düz olmağınıza köməkçi olar. Bundan başqa, orqanizminizin dik dayanmasında da açar rol oynayır.

Sıxlığı Azaldın

Sözügedən ağırlıq işləri olanda, daha az olan adətən daha çox fayda verir. Sydney Universitetində aparılan bir araşdırma, bench press və leq press kimi mürəkkəb hərəkətlərdən ibarət 10 set - 10 təkrarlık bir proqram olan Alman həcm məşqini, 5 set - 10 təkrarlık bir proqramla müqayisə etdi. Altı həftənin ardından, daha az bəndli proqramı həyata keçirən qrupun bench press və leq presstə 1 təkrarda qaldırdıqları maksimum ağırlıq bazasında daha çox inkişaf göstərdiyi görülüb. Məqsədiniz əzələ əldə etməkdirsə bir pillə aşağıdan irəliləyişi təcrübə edin. Tədqiqatçılar hər bir hərəkət üçün 4 ilə 6 set təklif edir, bu saydan artıq əzələ qazancınızı məhv edə bilər.