Ronaldu 19600 avro çay pulu verdi

İtaliyanın "Yuventus" klubunun forvardı Kriştianu Ronaldu Yunanıstanın cənub-qərbindəki Messiniya bölgəsində, məşhur "Kosta Navarino" otelində ailəsi ilə birlikdə istirahət edib.

Ronaldu bu oteldə "Yuventus"un prezidenti Andrea Anyelli ilə kluba transferlə bağlı danışıqlar aparıb.

Otelin servis xidməti Ronaldunun o qədər xoşuna gəlib ki, o, çay pulu qismində 19600 avro pul verib.

"Yuventus" yetkililəri də otel rəhbərliyinə müraciət edərək pulu bütün əməkdaşlar arasında bərabər paylamağı xahiş edib.

K.Ronaldu otelə anasının qeyri-rəsmi nikahda olduğu əri Joze Andradeni də dəvət etmişdi.

Kriştianu Ronaldu iyulun 10-da "Real"ı tərk edərək "Yuventus"a transfer olunub. O, Turində ildə 30 milyon avro maaş alacaq.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.