Məşhur boksçudan 5 həyat dərsi

Məhəmməd Əli - altıqat "İlin idmançısı" və "Onilliyin boksçusu" adlarının sahibidr. Tarixdə sadəcə ikinci boksçudur ki, Sports Illustrated (1974) jurnalının "İlin idmançısı" mükafatını alıb. Bugün sizləri əfsanəvi boksçunun həyat qaydaları ilə tanış edəcəyik.

1. Məşqlər haqqında

“Mən məşqlərə nifrət edirdim. Lakin özümə təslim olmayacağıma söz vermişdim. Biraz səbr et və həyatının qalan hissəsini çempion kimi yaşa”, — Məhəmməd Əli.

Heç bir şey asan baş tutmur. Məqsədlərinizə çatmaq istəyirsiniz – fədakarlıq etməli olacaqsınız: gücünüzü, vaxtınızı sərf edin, özünüzə qadağalar qoyun. Bəli, an gələcək ki, hər şeyi atmaq istəyəcəksiniz. Belə anlarda imtina nəticəsində itirəcəklərinizi, davam edəcəyiniz halda əldə edəcəklərinizi düşünün. Qalibiyyətin dəyəri, həmişə məğlubiyyətin dəyərindən az olur.

2. Dəyişmək, böyümək lazımdır.

“Əgər insan 50 yaşında dünyanı 20 yaşında olduğu kimi qəbul edirsə, həmin insan 30 ili əbəs yerə yaşayıb”, — Əli.

Bir il görmədiyiniz tanışınızla rastlaşdınız? O, sizə dəyilşilmisiniz dedi? Çox sağ ol deyin. Hər gün yeni təcrübə, bilik, inkişaf deməkdir. Əsas dəyişilərkən, özünüzə xəyanət etməyin.

3. Arzunuz barədə düşünün

“Güləş rinqdə uduzulmur. Güləş artıq idman zalında uduzulur”.

Arzular bir anda reallaşmır. Sizin hər bir addımınız, hər bir vərdişiniz və hər bir hərəkətiniz arzunuza nə qədər tez çatıb və ya ümumiyyətlə çatmayacağınızı müəyyən edir.

4. Çempionlar haqqında

“İdman zallarında çempion olmurlar. İnsanı çempion onun daxilindəki istək, arzu və məqsədlər edir”.

Uğur əldə etmək istəyiniz nə qədər çoxdur? Siz bu istəklə hər gün yatıb, hər səhər oyanırsınızmı? Arzunuza çatmaq istəyirisiniz isə, onun haqqında hər an düşünməli və tərəddüd etməməlisiniz.

5. Təxəyyül haqqında

“Təxəyyülü olmayan insan qanadlara sahib ola bilməz”.

Qanadlarını istifadə etməyən quş uzağa uça bilməz. Bizim qanadlar – bizim təxəyyüldür. Onları istifadə etməyənlər daim bir yerdə sayacaqlar. Xəyal qurun, fantaziyalarınızı genişləndirin. Yalnız belə siz dünyanın imkanlarını kəşf edə biləcəksiniz.

Bonus. Məqsədlər haqqında

“Məqsədlər – məni yolda tutandır”.

Məqsədə doğru hərəkət etdiyinizdə, onu tam dəqiq özünüzə təsəvvür etməlisiniz. Ona çatanda nə olacaq? Sizin həyatınız necə dəyişəcək? Beyninizdə məqsədinizi daim vizuallaşdırın. Yolun sonundakı mükafat daim motivasiya rolunu oynayacaq.

Mənbə: www.idol.az