Psixoloji ağrılara diqqət yetirin

Hər hansı bir xəstəliyə bağlı olmadan ortaya çıxan psixiatrik ağrılar, həyat keyfiyyətini aşağı salır. Ruhi olaraq özümüzü təzyiq hiss etdiyimiz anlardakı qorxu və narahatlıqlar nəticəsində əsəblərimiz gərilərək bu ağrılar ortaya çıxır. Bu tip ağrıların psixiatrik ekspert tərəfindən müalicə edilməsi tövsiyə edilir.

Ruhi gərginliklər ağrıya yol açır

İnsan ruhi olaraq bir gərginlik içərisinə girdiyi zaman fərqli reaksiyalar verə bilir. Bu bəzən bir şeylərdən qorxma, hədsiz dəqiqlik, olmayan şeyləri görmə və ya depressiyaya düşmə kimi hallar ola bilər. Ağrıların səbəbləri, ruhi olaraq özümüzə təzyiq hiss etdiyimiz anlardakı qorxumuz və qayğımızdır. Bu qorxu və narahatlıqlar nəticəsində əsəblərimiz gərilir və nəticədə bu ağrılar ortaya çıxır.

Kürək, mədə, baş ağrısı və əl-ayaq ağrılarının stressin səbəb olduğu xəstəliklərdən biri olduğunu qeyd edən Professor Doktor Hüsni Erkmen, psixiatriyada ruhi xəstəliklərin fiziki xəstəliklər kimi reaksiya verməsini qeyd edir. Diaqnozu qoyula və yalnız cismi olmayan bu xəstəliklərin depressiyaya bağlı olan xəstəliklər olduğunu deyir.

Psixoloji ağrılar həyat keyfiyyətini aşağı salır

Psixoloji ağrının hər hansı bir ağrıdan fərqi olmadığını bildirən Erkmen, "Yəni ən az onun qədər şiddətlidir hətta çox daha şiddətli olur. Psixoloji ağrıların gücü çox yüksəkdir və insanın həyatını pərişan edir. Bir iş edirsən və bədənin, başın və ya hər hansı bir yerin ağrıyır, fəaliyyət həvəsin aşağı düşür. Qrip olduqda həyatınızın 3-5 günü keyfiyyətsiz olursa, psixoloji ağrıda yaşayış keyfiyyətin hər gün aşağı düşür."

Psixiatrik ağrıların insanın işi, xanımı və ya ətraf mühiti ilə yaşadığı problemlər nəticəsində də ortaya çıxa biləcək bir xəstəlik olduğunu ifadə edən Professor Doktor Hüsni Erkmen, səbəbsiz ortaya çıxan ağrılar səbəbindən psixiatriya mütəxəssisinə müraciət edilməsi lazım olduğunu qeyd edir.

"Bu narahatlıqlar tam olaraq naməlum ağrılardır və naməlumluq insanı çox qorxudur. Ortada bir ağrı var, lakin diaqnoz qoya bilmirlər. Bəzi xəstələr, o qədər böyük araşdırma nəticələri gəlir ki, baxdığınız zaman iki tərəf də haqlıdır. Həkim, hər cəhətdən araşdırır amma ən sonunda bir şey olmadığı qənaətinə varır, xəstə isə ağrılarının fərqindədir və qətiyyən bir şeylər olduğunu deyir. Bax o məqamda, xəstəyə "Sənin bir şeyin yox demək əvəzinə," Sənin xəstəliyin psixiatrik xəstəlik, psixoloqa gedin deməyiniz lazımdır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.