Kişilərin baş bəlası

Gecənin bir aləmi həyat yoldaşın səni yuxudan oyadıb məşuqənin adını soruşur. Demək, yenə özünü yuxuda ifşa etmisən. "Səhər hər şeyi açıqlayaram" deyib, həyat yoldaşını birtəhər sakitləşdirməyə çalışırsan. Özünsə, səhərədək yatmayıb, işin içindən necə çıxacağını düşünürsən. 

Ya da səhər yuxudan duranda anan səndən gün ərzində etdiyin, amma heç kimə demədiyin bir hadisəni xəbər alır. Təəccüblənmə, sən yenə də sirlərini yuxuda etiraf etmisən.

Kişilərin bir çoxunun başının bəlası yuxuda danışmaqdır. Hətta bu xüsusiyyətinə görə ailəsi dağılanlar da az deyil.

Qadınlar daha kişilərin "iş yoldaşımın adıdır, bütün günü bir yerdəyik də", "yuxuda mənlə birsinifdə oxuyan qızı görürdüm, onun adını çəkmişəm", "yəqin baxdığım filmin təsirindəndir" kimi bəhanələrinə inanmırlar. Çünki psixoloqlar sübut ediblər ki, gecə yatarkən kişinin danışdığı sözlər realdır, özü də kişi ancaq sirlərini etiraf edir. Belə insanlara yuxuda danışarkən nə sual versəniz, doğru cavab da alacaqsınız. 

Yuxuda danışmaq lunatizmin bir növüdür. Bu yalnız kişilərdə aşkarlanır. Gənclərin 50 faizində, yaşlı kişilərinsə 5 faizində bu xəstəliyə rast gəlmək mümkündür.

Xilas yolu:

Variant 1

Siqareti tərgit:
Siqaret aludəçisisən? Demək, xoşagəlməz halının ilk səbəbka
rı elə siqaretdir. Siqareti tamamilə tərgitməyə çalış. Əgər çətindirsə, onda axşam saat 8-dən sonra siqaret çəkməməyə çalış, spirtli içkilərdən uzaq ol. Başını çərəzlərlə qat.

Variant 2

Efir yağı və sərin otaq:
Yatmazdan əvvəl ilıq suya bir-iki damcı efir yağı töküb, əl-üzünü yu. Sonra eyvana çıxıb, 15 dəqiqə təmiz hava al. (siqaret çəkməmək şərtilə) Əgər narahatsansa, sakitləşdirici qəbul et. Yataq otağının soyuq olmasına çalış. Çünki gecə otağın isti olması da daha çox danışmağa səbəb olan amillərdəndir. 

Variant 3

Ağ vərəq:
Problemin var və onu heç kimə danışa bilmirsənsə ağ kağız götür. Yatmazdan əvvəl problemini və heç kimə demək istəmədiyin sirrini kağıza yazıb, şalvarının cibinə qoy. Günün ilk yarısından sonra
qəhvə içməyin. Yaxşı olar ki, yatmazdan əvvəl içərisinə bal qatılmış süd içəsiniz.Yatağa girdikdən sonra qəzet, kitab və ya jurnal oxuma. 

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.