Estoniya 3 təkərli elektromobil istehsalına başlayır

Estoniyanın "Nobe Cars" şirkəti üçtəkərli elektromobil istehsal etməyə başlayıb.

"Nobe" adlanan elektromobilin ilk alıcısı "Angry Birds" oyununu yaradıcısı Piter Vesterbaka olub. O, həm də "Nobe Cars"ın brend meneceridir. İkinci elektromobili isə "Unity Technologies" şirkətinin yaradıcısı Devid Helgason əldə edib.

"Nobe" şirkətinin yaradıcısı Roman Mulyar ümid etdiyini bildirib ki, elektromobil vasitəsilə Estoniya digər istehsalçılar arasında öz yerini tuta biləcək.

Avtomobil 2 sərnişin tutur. Baqaj bölməsi də var. Bir dəfə doldurulmaqla 270 km getmək olur. Maksimal sürət 110 km-dir.