Üzə qulluqla bağlı kişilər üçün məsləhətlər

Kişilər üçün üz dərisinə qulluq – bu ekzotika deyil, bu sadəcə vacib olan əhəməyyətli bir işdir. Eyni zamanda seçilmiş məhsulların qiyməti və keyfiyyəti də çox vacibdir.

Kişilər üçün üzə qulluq

Kişilər üçün üz dərisinə qulluq – bu ilk növbədə dərinizin gec qocalması deməkdir. Yaşadığımızı şəhərin çirkliliyini nəzərə alsaq, üzümüzə qulluq etmək vacib işlərdən biridir. Hələ siz əgər solariyə də gedirsinizsə, kosmetik vasitələrdən düzgün istifadə etməlisiniz. Eyni zamanda unutmayın ki, kosmetik vasitələrin qiyməti baha olarsa, onun effektli olacağının da göstəricisi deyil. Əsas olan ondan düzgün istifadə etməyiniz və reqular olaraq istifadə etməyinizdir. Yox əgər onu həftədə bir dəfə istifadə edirsinizsə, o effektsiz olacaq.

Dərinin təmizlənməsi

Dərinin təmizlənməsi deyəndə, yalnız skrabdan istifadə etməyi nəzərdə tutumuruq. Bu həm də gündəlik üzünüzün yuyulması və toniklərdən istifadə olunması da deməkdir. İlk olaraq, üzün təmizlənməsi üçün olan pambıqlardan istifadə edin və daha sonra isə onların üzərinə üzün təmizlənməsi üçün olan məhlullardan istifadə edərək üzünüzü yaxşı formada yuyun.

Dərinin nəmləndirilməsi

Üzün ilk qatının təraş olunması, dərini qıcıqlandırır. Çoxları təraşdan sonra spirtli məhlullardan istifadə edir və əslində bu çox yanlışdır. Ona görə də kişilərin bir çoxu 40 yaşına çatanda üzlərində qırmızı ləkələr olur. Hər səhər və axşam üzünüzü yuduqdan sonra və təraşdan sonra üzünüzə nəmləndirici krem sürtün. 10 dəqiqədən sonra isə pambıqla kremi üzdən təmizləmək lazımdır.

Həftəlik qulluq

Həfətlik üzə qulluq zamanı fərqli maskalardan istifadə etmək lazımdır. İlk olaraq pilinq nəzərdə tutulur. O, dəri hüceyrələrini bərpa edir. Üzünüz üçün maska seçən zaman mütləq şəkildə dərinizə uyğun olmasına diqqət yetirməlisiniz.

Üzün mexaniki təmizlənməsi

Üzün təmizlənməsinin kosmetoloji salonlarda olması mütləqdir. Bunu ən azı il ərzində 4 dəfə etmək lazımdır.

Bu illər sonra üzünüzdə və burnunuzda qırmızı ləkələrin və dərinin daha da codlaşmasının qarşısını alacaq.

Özünüzə hər zaman diqqət yetirin, hörmətli bəylər!

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.