Daim fit qalmağın sirləri

Daim fit qalmağın sirlərini sizə təqdim edirik :

  1. Gəzmək əvəzinə sürətli yeriyin - yerimək qan dövranına və maddələr mübadiləsinə yaxşı təsir edir. Bunu etməklə siz həm də daha çox kalori yandırmış olursunuz və artıq çəkidən tədricən azad olursunuz.
  2. Diqqətinizi daha çox təbii qidalara cəmləyin - rasionunuzda olan yarım fabrikatları təbii qidalarla əvəz edin. Bu zaman siz orqanizminizi kimyəvi əlavələrdən xilas etmiş olacaqsınız.
  3. Gündəlik 3 dəfə qidalanmaqla pəhriz təşkil edin - bədən çəkinizə uyğun zülal balansını təyin edin.
  4. Yetəri qədər su için.
  5. Hər qida qəbulu zamanı tərəvəz yeyin.
  6. Cheat meal (çox miqdarda qida qəbulu) - bu günləri təxirə salın. Belə günləri tez-tez təyin etməyiniz sizi qazandığınız nəticələrdən uzaqlaşdırmaqdan savayı, həmm də çəkdiyiniz əziyyəti hədər edir.
  7. Məşqlərinizi baza hərkətləri üzərində qurun - illər boyu yoxlanılmış və peşəkar idmançılar tərəfindən daim məsləhət görülmüş məşq hərəkətləri məhz baza hərəkətləri sayılır.
  8. Hərəkətlərin yerinə yetirilməsi texnikasına diqqət yetirin - hərəkətləri səhv etdiyiniz zaman həmin hərəkətin faydasından çox ziyanını qazanacaqsınız.
  9. Gün ərzində 7-9 saat yuxu yatın - sizin həyatınızda periodik məşqlər mövcuddur. Ona görə də əzələləriniz yetərincə istirahət etməlidir.
  10. Özünüzü pozitivə kökləyin - neqativ fikirlərə qurşandığımız və depressiyada olduğumuz zaman orqanizmdə kortizol hormonu ifraz olunur. Bu hormon əzələləri dağıdır, maddələr mübadiləsini zəiflədir və nəticədə piylənmə prosesi sürətlənir.