Kişilərdə burun əməliyyatı

Rinoplastika və ya burun əməliyyatı dedikdə ağıla ilk olaraq qadınlar gəlsə də, günümüzdə görünüşünə diqqət göstərən bir çox kişinin də artan bir şəkildə estetik müdaxilələrə və daha spesifik olaraq rinoplastikaya maraq göstərdiyinin şahidi oluruq.

Kişi, estetik səbəblərlə olduğu kimi, tibbi səbəblərdən də əməliyyat olmaq istəyə bilər. Əməliyyat planlaşdırması, insanın ehtiyaclarına və fiziki xüsusiyyətlərinə görə aparılır. Kişilərin estetik cərrahiyə artan marağı haqqında danışam estetik və Rekonstruktiv Cərrahiyyə mütəxəssisi Op. Dr. Gökhan Beyhan, rinoplastika əməliyyatının çoxşaxəli olduğunu vurğulayır.

Əməliyyatın çoxşaxəli olması məsələsi nədir?

Rinoplastika əməliyyatında burun miqyası və boyu qısaldılıb uzadıla, burun ucu yenidən formalaşdırıla, arıqlatmaq, qalınlaşdırmaq olar. Eyni zamanda burun əyriliyi də düzəldilə bilər. Nəfəs yolunu tıxayan polip kimi quruluşlar çıxarıla və burunun dəstək quruluşunu qorumaq üçün qığırdaq greftleri də istifadə edilə bilər.

Uğurlu bir renoplastikanın əsas özəlliyi nədir?

Əvvəla, xəstəylə yaxşı bir dialoq qurulması və doğru bir əməliyyat planlaşdırması şərtdir. Digər tərəfdən, burunun dəstək quruluşunu qorumaq çox mühümdür. Əks təqdirdə "burun düşməsi" kimi ağırlaşmalar baş verə bilər. Son olaraq, əməliyyat planlaşdırarkən burunun funksional xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Yoxsa tənəffüslə bağlı ağırlaşmalar baş verə bilər.

Açıq və qapalı Rinoplastika əməliyyatının rqi nədir?

Açıq burun əməliyyatında burun cildini açıb müdaxilə edirik. Bu da burun bazasında tədricən itən bir iz qoyur. Qapalı burun əməliyyatında isə əməliyyat burun içərisindədir və iz qoymaz. Bu üsulla mövcud bütün müdaxilə yelpiyini tətbiq etmək mümkün ikən, burun üçün şiş yaranması minimuma düşür. Beləliklə, sağalma prosesi də olduqca tez baş verir.

Əməliyyat sonrası ağrı isə demək olar ki, hiss edilmir. Mən şəxsən daha əlverişli olduğu üçün qapalı Rinoplastika üsuluna üstünlük verirəm.

Əməliyyat sonrası proses necə işləyir?

Əməliyyatın ardından xəstə tədbir üçün bir gecə xəstəxanada saxlanılmalıdır. Ertəsi gün evinə qayıda bilər. Keçmişdə olduğu kimi burun içi bint yerinə silikon splintlər istifadə edirik. Bunlar həm buruna dəstək verir, həm çıxarılması rahat vəağrısız olur. Splintlər ikinci və ya üçüncü gündə çıxarılır. Beşinci gündə də burun üstü qoruyucu stendini qaldırırıq. Şişlərin tamamilə keçməsi və burunun son halına qovuşması təxminən 3 ilə 6 aylıq bir proses tələb edir. İlk 3 ay həssas olduğu üçün xəstənin burnunu zərbələrə və günəş şüalarına qarşı qoruması mühümdür. Bu dövrdə idmandan da çəkinmək lazımdır. Rinoplastika və ya burun əməliyyatı dedikdə ağla ilk olaraq qadınlar gəlsə də, günümüzdə görünüşünə diqqət göstərən bir çox kişinin də artan bir şəkildə estetik müdaxilələrə və daha spesifik olaraq rinoplastikaya maraq göstərdiyinə şahid oluruq

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.