Ronaldo ideal bədən formasının sirrini açıqladı

Juventus-un futbolçusu Kriştiano Ronaldonun ideal fiziki formaya sahib olmasının səbəbləri açıqlanıb.

Portuqaliyalı hücumçunun sağlamlığına nəzarət edən həkim Xuan Karlos Ernandes “La Gazetta Dello Sport”a müsahibəsində onun düzgün vərdişlərə əməl etdiyini bildirib:

“Ronaldonun uğuru üç amillə bağlıdır – düzgün məşq, düzgün qidalanma və düzgün istirahət". 

33 yaşlı futbolçunun digər həkimi Mika Kleqqa isə deyib: “Ronaldonu həmkarlarından fərqləndirən əsas cəhət onun işinə sədaqətli olmasıdır. O, heç vaxt dayanmır". 

Qeyd edək ki, yay fasiləsində Real Madrid-dən Juventus-a keçən Ronaldo A Seriyasında 3 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.