Velosiped sürməyin faydaları

Velosipedə minmək uşaqlığınızdan bəri əl çəkmədiyiniz vərdişinizdir. Uzun zamandır etinasızlıq etdiyiniz velosipedin sağlamlıq üçün faydalarına bir baxaq. Velosiped sürmək sadəcə ayaq sağlamlığı deyil.

Pedal çevirmək, yalnız ayaqlara və ürək-damar sisteminə yaxşı gəlmir. İngilislərin apardığı bir araşdırmaya görə, 75 yaşlı həvəskar velosipedçilərin immunitet sistemlərinin 20 yaşlı adamlar qədər yaxşı vəziyyətdə olduğunu ortaya çıxardı. Araşdırmaya 55 ilə 79 yaş arası, illərdir velosiped sürmüş və hazırda həftədə bir neçə dəfə pedal çevirən şəxslər iştirak edib. Altı saatda 100 kilometrlik bir yol qət edə bilən sürücülərin, mikroblara və infeksiyaya qarşı qoruyan gücün, 20 ilə 36 yaş arası sağlam fərdlərlə eyni miqdarda olduğu müəyyən olundu. 20 yaşından etibarən lenfosit istehsal etmə nisbətinin təbii olaraq azaldığı düşünülsə, nəticə həqiqətən təsirlidir.