İnsanı arıqladan 5 günlük pəhriz

Sizə uyğun pəhriz təriflərini verməkdə davam edirik. Qidalanma Mütəxəssisləri tərəfindən hazırlanan 5 gün pəhrizi ilə kilo vermək artıq elə də çətin deyil.

1-ci gün

SƏHƏR

1 orta boy pomidor nanə, 17 çubuq cəfəri, 2 ədəd bibər, 4 ədəd göbələk 2 yumurta ağı ilə hazırlanmış omlet. Tavaya bir miqdar su tökürük və qarışdırmış olduğumuz bütün məhsulları tökürük.

GÜNORTA

İki çiçək gül kələmi, 2 ədəd qulançar, 2 diş sarımsaq, limon, ədviyyat. Qaynayan suya tərəvəzləri atıb 7 dəqiqə qaynadın, bişəndən sonra götürün və üzərinə yarım və ya tam limon sıxıb istədiyiniz ədviyyatları əlavə edin.

AXŞAM

Salata istədiyiniz qədər limon suyu və ya nar şirəsi əlavə edib yeyə bilərsiniz.

170 qr toyuğun döş ətini suda qaynadın.

2-ci gün

SƏHƏR

2 yemək qaşığı çörəkotu kəsmiyi, yarım avokado, 9 ədəd duzsuz zeytun. İstədiyiniz qədər pomidoru əlavə edib, qarışdırıb salat kimi istədiyiniz yeməyin yanında yeyə bilərsiniz.

GÜNORTA

İstədiyiniz ölçüdə salat və istədiyiniz qədər yemək yeməyə sərbəstdiz. Ancaq unutmayın ki, təkcə yaşıllar olanı seçim etməlisiniz!

AXŞAM

250 qram toyuq sinəsi və 20 budaq cəfəri. Üstünə limon sıxın. İstəsəniz toyuğu su ilə isladaraq sobada və ya tavada da edəbilərsiniz.

3-cü gün

SƏHƏR

4 yemək qaşığı yulaf, 1 yaşıl alma, 5 parça dondurulmuş moruq, üstünə darçın. Yulafı az su ilə 5 dəqiqə pörtərək meyvələri və darçını əlavə edib ilıq olaraq yeyin. Üzərinə 2 qoz əlaəv edə bilərsiniz.

GÜNORTA

İstədiyiniz yaşıllıqlarla, istədiyiniz ölçüdə salat, 120 qram toyuq sinəsi (qızart), burada istəyirsinizsə, salat 1 yaşıl almada əlavə edərsiniz. 1 yemək qaşığı avokado yağı ilə.

AXŞAM

2 böyük pomidor və roka salat və üzərində nar turşsu və sarımsaq, limon, zərdəçal.

4-cü gün

SƏHƏR

1 yumurta tam və 2-ci yumurtanın yalnız ağı əlavə olunur, 1 pomidor, 3 çay qaşığı çörəkotlu kəsmik və cəfəri ilə qayğanaq. Yanında 2 dilim WASA yeyə bilərsiniz.

GÜNORTA

İstədiyiniz qədər yaşıl salat və nar sirkəli limonlu salat. İstəyirsinizsə, içinə sarımsaq da əlavə edə bilərsiniz. Limon tam olsa yaxşı olar. İçərisinə 1 ədəd qoz və 3 badam əzib əlavə etmək lazımdır.

AXŞAM

Mövsümi tərəvəzlərdən ibarət olan bir tərəvəz yeməyi ancaq çox uzun müddət bişməmiş olmalıdır ki, vitaminlər itməsin. Bu səbəblə gül kələmi, ispanaq, balqabaq seçim edə bilərsiniz. Üzərinə ədviyyatlı, limonlu və ya activia probiyotik yoqurt istifadə edərək üstünlük əldə edəcəksiniz.

5-ci gün

SƏHƏR

5 ədəd göbələk, 1 qırmızı istiot, 1 yemək qaşığı kəsmik, 1 pomidor, 2 yumurta ağı və 1 çay qaşığı kətan toxumu ilə qayğanaq edirik.

GÜNORTA

Pomidor və balqabaq ilə hazırlanmış balqabaq yeməyini, doyana qədər yeyə bilərsiniz.

AXŞAM

İstədiyiniz qədər salat içinə 3 quru ərik 2 qoz əlavə edin. Üzərinə 170 qram toyuğun sinə ətini və avokado əlavə edə bilərsiniz.