"Apple" məşhur məhsulunu “dəfn etdi”

"Apple" şirkəti "iPhone 5" məhsullarını köhnəlmişqurğular siyahısına daxil edib.

Sözügedən smartfonu Amerika korporasiyasınınrəsmi servis mərkəzlərində artıq təmir etdirməkmümkün olmayacaq.

"Apple" şirkəti öz qadcetlərinin işini onların istehsalıdayandırıldıqdan sonrakı beş il ərzində dəstəkləyir.

"iPhone 5" smartfonu 2012-ci ilin sentyabrındaburaxılıb. Bütün istehsal dövrü ərzində 70 milyondançox qadcet nüsxəsi satılıb.