Bədəndə bir gündə nələr baş verir?

İnsanın bədənində 24 saat ərzində nələrin baş verdiyi sizə maraqlı olubmu? Bu da həqiqətlər....

06.00: Orqanizmin oyandığı və maddələr mübadiləsinin hərəkətə keçdiyi, enerjini açığa çıxardığı zaman kəsiyidir.

07.00: Orqanizm zəif bir fazada olduğu üçün bu saatda ağır bir idmana başlanılması məsləhət deyil. Gözəl bir yemək üçün münasib vaxtdır.

08.00: Siqaret çəkənlər üçün ilk siqaretdən uzaq dayanmağın lazım olan zamanıdır. Siqaret, bu saatda damarları daha çox daraldır.

09.00: İnsan vücudunun ən güclü olduğu andır. Rentgen çəkimi və ya iynə vurdurmaq üçün ideal vaxtdır.

10.00: İnsan vücudunun ən yüksək temperaturuna çatdığı və məhsuldarlığın maksimum səviyyəyə çatdığı saatdır. Yaddaşınız bu saatlarda çox yaxşı işləyir.

11.00: Orqanizm bu saatda dəaformasındadır. Yaddaş tələb edən işlər üçün ideal bir saatdır.

12.00: Diqqətinizin azaldığı, yuxunuzun gəldiyi vaxtdır.

13.00: Bu saat kəsiyində, bədənin məhsuldarlığı 20% nisbətində düşür.

14.00: Təzyiq və hormon səviyyəsi düşür. Yorğunluq hiss olunur. Bu saatda ağrı daha az hiss edildiyindən, əməliyyat və ya diş həkimi görüşü bu vaxta salınmaldır.

15.00: Bədənin yenidən formaya düşməyə başladığı, fəal olduğu saatdır.

16.00: Təzyiq, qan dövranı və forma səviyyəniz olduqca yaxşı bir vəziyyətə çıxır. İdman etmək üçün uyğun bir saatdır.

17.00: Orqan fəaliyyətləri və mədənin turşu nisbəti yüksək səviyyədədir. Bu saatlarda mədə problemləri yaşaya bilərsiniz.

18.00: Axşam yeməyi üçün ən uyğun saatdır. Qaraciyərin alkoqola qarşı ən dözümlü olduğu zamanlar bu saatda baş verir. Spirt qəbul etmək istəyənlərin seçim edə biləcəyi bir saatdır.

19.00: Təzyiq və nəbzin tənbəlləşdiyi bir zamandır.

20.00: Qaraciyərin yağ nisbəti düşür və ürəyə daha çox qan vurmağa başlayır. Allergiyası olan insanlar dərmanlarını bu saatda içə bilər.

21.00: Həzm orqanları, işlərini bu saatdan etibarən dayandırır Bu saatdan sonra nə yesəniz səhər həzm edəcəksiniz.

22.00: Siqaret çəkənlər üçün son saatdır deyə bilərik. Bu saatdan sonra orqanizm nikotini çox çətin qəbul edir.

23.00: Bədənin stress hormonunun ifrazı dayandırdığı saatdır. Yuxu və istirahət üçün ideal bir müddətdir.

24.00: Dəri hüceyrələrinin işləməyə başladığı, yuxu mərhələsinin başladığı vaxtdır.

01.00: Orqanizmin özünü yuxu rejiminə aldığı saatdır.

02.00: Görmə duyğusunun və diqqət dağınıqlığının artdığı saatdır.

03.00: Əgər yuxuda deyilsinizsə, melatonin hormonu çox ifraz olunur. Depressiv və melanxolik hiss etmə saatıdır. Ən çox intihar bu saatda olur.

04.00: Stress hormonu çox miqdarda ifraz edildiyi üçün əgər yuxuya hələ də getməmisinizsə, o zaman bunun üçün fəal saatdır.

05.00: Kişilik hormonunun ən çox miqdarda ifraz olunduğu saatdır. Gün içərisində olduğunuzdan 6 dəfə daha çox stresli ola bilərsiniz.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.