ABŞ-da Wi-Fi və televizor olmadan adada çalışacaq cütlük axtarılır

ABŞ-da cütlük axtarılır, hansı ki, adada fəaliyyət göstərən mehmanxanada çalışsın. Həmin adada Wi-Fi və televizor və hətta telefon belə yoxdur.

Bu haqda Travel And Leisure məlumat verir.

Ada San-Fransiskoda San Pablo-nun mərkəzində yerləşir. Burada kiçik mehmanxana və mayak var. Mehmanxana ilin bütün fəsillərində  4 gün fəaliyyət göstərir. Hal-hazırda burada çalışan cütlük artıq vətənlərinə geri dönməyə qərar veriblər və onları əvəz edəcək cütlük axtarılır.

Bu iş üçün məsuliyyətli cütlük axtarılır. Əmək haqqı illik 130.000 ABŞ dolları olacaq. Lakin əmək haqqına yenidən baxıla bilər. Əgər həmin cütlük marketinqlə bağlı müəyyən yeniliklər edə bilərsə. Onlara yemək və qalmaq üçün ev pulsuz təqdim olunur. Eyni zamanda cütlüyün kater sürə bilməyi ilə bağlı lisenziyası olmalıdır. Çünki iş fəaliyyətinin daxilinə qonaqları adaya çatdırılma xidməti də daxildir. Eyni zamanda yeni cütlük mühasibatlığa da cavab verməlidir. Eyni zamanda cütlük mehmanxana daxili təmizlik və yeməklərin hazırlanmasına da nəzarət etməlidirlər.

Cütlüklərin seçim edilməsi aprel ayının 2019-cu ilində başlanılacaq.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.