"Ferrari" yeni möhtəşəm modelini təqdim etdi

İtaliyanın "Ferrari" şirkəti yeni modellərini təqdim edib.

“Monza SP1" və "SP2" superkarlarını gün işığına çıxarıb.

Məhdud sayda istehsal ediləcək modellər 1950-ci illərdəki "Speedster"dən ilhamlanaraq yaradılıb. İki model arasındakı ən böyük fərq isə oturacaq sayıdır.

"SP1" modelində sadəcə sürücü üçün oturacaq var. "SP2" modelində isə sürücü ilə yanaşı sərnişin üçün də oturacaq nəzərdə tutulub. Kapotun altında 6.5 litr həcmli V12 mühərriki var. Aqreqat 820 at gücü hasil edir. 

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.