Penisinizi xəstəliklərdən qoruyun

Klamidya, bel soyuqluğu və sifilis kimi xəstəliklərə qarşı penisinizi qoruyun. Tövsiyələrimizə qulaq asın.
Kresloya oturun. Telefonunuzu götürün. Həkiminiz və ya bir laboratoriya ilə ünsiyyətə keçərək cinsi yolla keçən xəstəliklərə qarşı test etdirmək istədiyinizi deyin. Görüşünüzü alın və testə girib nəticələri gözləyin.

Nəticəniz necədir?
2016-ci il ən pis sahələrdə rekordlar qırdı: CDC-nin rəqəmlərinə görə, iki milyondan artıq insan klamidya, bel soyuqluğu və sifilis nisbətləri bütün zamanların ən yüksəyi olub. "Cinsi baxımdan fəaliyyətdə olsanız ildə bir dəfə STD testi sifariş" edin. Orlando Healthten uroloqu Doktor Jamin Brahmmbhatt bunları deyir. (Hər Bir tərəfdaşdan sonra test etdirmək daha da yaxşıdır).
"Əlamətlərə malik deyilsinizsə, yaxşı olduğunuza arxayn olmayın. Hər kişi sidik etmə anında yanma, axıntı və ya acı kimi simptomlara malik olmayacaq". Bu da həkimə gedib testi bir an əvvəl etdirməyinizi labüd edir.

Kiçik məsləhətlər

Qoruyucu taxın. Qoruyucular yalnız hamiləliyin qarşısını almır, eyni zamanda cinsi yolla keçən çox sayda xəstəlikdən qoruyan bir variant kimi əhəmiyyətini hər keçən gün daha da çox göstərir.

Adi qoruyucular sizi xoşbəxt etmir və istədiyiniz hissi vermirsə fərqli markaların təqdim etdiyi çox incə, davamlı, xüsusi zövq verən və daha bir çox çeşiddə olan qoruyuculara bir şans verə bilərsiniz. Fərqli ətirlərdə olan qoruyucuları isə tərəfdaşınız da çox sevəcəyinə zəmanət veririk.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.