"Volkswagen" qapıları və tavanı olmayan avtomobil buraxacaq

Alman avtomobil istehsalçısı "Volkswagen" yeni "buggy" tipti avtomobilin tam elektrikli versiyasını mart ayının əvvəlində təqdim edəcək.

"Volkswagen"in baş dizayneri Klaus Bischoff danışıb. O, bildirib ki, yeni elektrikli "buggy" modeli klassik avtomobilin modern versiyasının necə görünəcəyinə dair fikir yaradır.

Qeyd edək ki, "buggy" tipli avtomobillər ilk dəfə 1960-1970-ci illərdə buraxılıb. Modelin orijinal versiyasında tavan və qapılar yoxdur.

"Volkswagen" sözügedən modeli Beynəlxalq Cenevrə Avtomobil Sərgisində tanıdacaq.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.