Arıqladan qidalar

Arıqlamaq üçün hansı qidalar yeyilməlidir? Məhz kilo verən məlumatlar.
Əvvəl bənövşəyi qrupu sayaq: Qırmızı kələm, qırmızı soğan, çuğundur, badımcan, qırmızı üzüm, qırmızı turp

Qırmızı dəstədəkilər isə: Hər növ qırmızı bibər, pomidor, çiyələk, qarpız, nar, albalı, gilas

Elm insanlarının iddiasına görə bənövşəyi və qırmızı rəngli qidaları istehlak etmək kilo verməyi asanlaşdırır. Çünki bu iki rəngin hakim olduğu ərzaqlarda bol miqdarda likopen, kalium və karotenoid var və bu maddələr də daha az kilo almağınıza köməkçi olduğu kimi, qarnınızın da daha kiçik qalmasını təmin edir

Kilo vermək istəyənlərin diqqətinə
Kilo vermək istəyənlərə sadə və tətbiqi asan təklif: Karbohidrogen qəbulunu hər gün 40 qram alanlar, aşağı yağlı qidalanma planı tətbiq edənlərə görə bir ildə təxminən dörd kilo daha çox itirir. Bəs, gündə 40 qram karbohidrat nə deməkdir? Kobud şəkildə təsvir etsək, bir dilim tam buğda çörəyində və ya 100 qram düyüdə bu qədər karbohidrat var. Mütəxəssislər, burada əsas məqsədin karbohidratı tamamilə çıxarmadan azaltmaq olduğunu bildirir.

Pəhriz edənlərin dostu:
Cons Hopkins Universitetində edilən bir araşdırmaya görə, küncüt və kətan toxumunda olan qida birləşməsi, pəhriz seçənlərin baş tacıdır! Araşdırmaya görə pəhrizdə kətan toxumu və küncütə yer verənlər, həm daha sürətli kilo verir, həm də daha uzun müddət zəif qalır. Nə qədər kətan toxumu və küncüt yeyəcəyiniz dəqiq bir məlumat olmasa da, səhər yeməyində omlet, salat, soba, yeməkləriniz üzərinə onları yığmaq təklif edilir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.